Paytaxt Bağdadda 25-ci Beynəlxalq Bağdad Kitab Sərgisi başlayıb
İraqın paytaxtı Bağdadda açılan 25-ci Beynəlxalq Kitab Sərgisində ərəb dilinə tərcümə edilmiş "Bir liderin doğulması: Rəcəb Tayyib Ərdoğan" kitabı kitabsevərlərə təqdim olunur.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, paytaxt Bağdadda 25-ci Beynəlxalq Bağdad Kitab Sərgisi başlayıb.
Ərəb dilində müxtəlif mövzularda yazılmış minlərlə əsərin təqdim olunduğu sərgidə Hüseyn Besli və Ömər Özbay tərəfindən yazılmış və Türkiyə prezidenti R.T.Ərdoğanın siyasi həyatından bəhs edən "Bir liderin doğulması: Rəcəb Tayyib Ərdoğan" adlı kitabın ərəbcə tərcüməsi də yer alır.
Türkiyə ilə bağlı digər kitabların da olduğu, 21 ölkədən 600 yerli və xarici nəşriyyatın iştirakı və "İraq oxuyur" şüarı ilə başlayan 25-ci Beynəlxalq Bağdad Sərgisi sentyabrın 22-dək davam edəcək.
Putin vəziyyəti daha da ağırlaşdırır...
Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...
Ural dağlarında “Obyekt 1335” kimi tanınan gizli yeraltı hərbi kompleks genişləndirilib...
Tarixçi Avropanın gələcək təhlükəsizliyi üçün üç şərt müəyyən etdi...
Argentinalı “nayomnik” Liman yaxınlığında döyüşürmüş...
Cavab hiss olunmalıdır...
Kremlin reallığa qarşı müharibəsi məhvə məhkumdur...