PDF Oxu

Dünya

  • 2 351

Məsud Pezeşkiyan və Emmanuel Makron arasında telefon danışığı olub

image

İran prezidenti Məsud Pezeşkiyan regionda sülh və sabitliyin təmin edilməsi üçün irəli sürülən hər bir təklifi dəstəkləyəcəklərini bildirib. O, Fransa prezidenti Emmanuel Makronla telefon əlaqəsi saxlayaraq, bölgədəki son hadisələri və "Hizbullah" ilə İsrail arasındakı qarşıdurmaların dayandırılması üçün həll yollarını müzakirə edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İranın hər zaman müharibə və iğtişaşlardan uzaq təhlükəsiz bölgə istədiyini vurğulayan Pezeşkiyan atəşkəs və münaqişələrin dayandırılmasını dəstəklədiklərini bildirib. Məsud Pezeşkiyan deyib:"Biz, ''Həmas'' Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra belə günahsız insanların öldürülməsinin qarşısını almaq ümidi ilə Qərb dövlətlərinin rəhbərlərinin atəşkəs vədinə etibar edərək bu hücuma reaksiya vermədik. Lakin sionistlər Qəzza və Livandakı hücumlarını intensivləşdirərək bəşəri dəyərlərə və beynəlxalq hüquqa sadiq olmadıqlarını nümayiş etdirdilər".

Məsud Pezeşkiyan Fransa prezidenti və digər Avropa ölkələrinin liderlərindən İsrailin Qəzza və Livanda törətdiyi hücumları dayandırmaq üçün səylərini davam etdirmələrini istəyib. O, Fransa hökumətinin İsrailin Livandakı hücumlarını pisləməsini və Təl-Əviv rəhbərliyinə silah tədarükünü dayandırmasını müsbət bir addım kimi qiymətləndirib.

Digər xəbərlər

ABŞ-ın Aya qayıdışının səbəbi aşkar olub…

Vaşinqton 2028-ci ilə qədər insanları Aya qaytarmağa ümid edir…

Qanunsuz miqrantlar Belarusdan Latviyaya keçməyə cəhd edirlər...

Latviya 2026-cı ildə sərhədi keçmə cəhdlərinin qarşısını almaq üçün yeni gündəlik rekord müəyyənləşdirib...

ISW Putinin reytinqinin aşağı düşməsinin səbəbini açıqlayıb...

Ruslar hökumətin gözlədiyindən daha sərt reaksiya verirlər...

BBC: Orban məğlubiyyətin astanasındadır...

Macarıstanın baş naziri 16 ildən sonra ilk dəfə hakimiyyətini itirmək riski ilə üz-üzədir...

ABŞ xüsusi təyinatlı qüvvələrinin İrana enişi...

Polkovnik xilas edildi, amma onun adı açıqlanmayıb...

“Bu, Ukrayna üçün çox yaxşı xəbərdir...”

Ukrayna Silahlı Qüvvələri Putini sülhə məcbur etmək üçün daha bir addım atıb...

Baltikyanı ölkələr deyil: Putinin növbəti hədəfi açıqlandı...

Kreml Avropanın strateji arxa cəbhəsindən başlayacaq...

Qərbin tənəzzülünü gördüm: Nostradamusun 2026-cı il üçün proqnozları...

Qədim peyğəmbərliklərin şərhçiləri artıq onlarda müharibələr, təsirin yenidən bölüşdürülməsi və təhlükəli siyasi çevrilişlər barədə işarələr tapıblar.