ABŞ Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. SİA-nın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib.
ABŞ dövlət katibi Antoni Blinkenin sözlərinə görə, siyasətçi Rusiyanın xeyrinə iddia edilən hərəkətlərə görə sanksiyalara məruz qalıb.
Dekabrın 13-də Birləşmiş Ştatlar "Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya şərik olanlara" viza məhdudiyyəti qoyub. Tədbir Gürcüstan hökumətinin nazirləri, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşları, eləcə də fərdi şəxslər də daxil olmaqla 20-yə yaxın insanı əhatə edib.
Sanksiyaları Blinken Gürcüstanda etirazçılara qarşı təzyiqlərə cavab olaraq elan edib. Etirazlar noyabrın sonunda baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb.
Əli Babayev
Heç bir şərt qoymadan...
Böyük itkilər Kremlin müqaviləli əsgərləri işə götürmək səylərini sarsıdır...
Solomon adalarının gözlənilməz addımı...
Bu region dünyada həm yeni HİV infeksiyalarının, həm də QİÇS-lə əlaqəli ölüm hallarının sayının 2010-cu illə müqayisədə artdığı yeganə region olaraq qalır...
Rusiya Dövlət Dumasının sədri belə bir təkliflə çıxış edib...
Yarımadada məhsulların satışı məhdudlaşdırılıb...
Kim Çen In Rusiyaya hərbi yardımı dayandırıb. Ukrayna kəşfiyyatı münaqişənin səbəbini açıqlayıb...
Putin qorxularını açıqladı..? Ekspert Kreml rəhbərinin açıqlamasına diqqət çəkib...