Amerikanın Çikaqo şəhərində Sankt-Peterburqdan olan çoxuşaqlı ata öldürülüb. Bu barədə “Rossiyskaya qazeta” (RG) nəşri məlumat yayıb. İlkin məlumata görə, 32 yaşlı kişi yerli cinayətkar qrupların qurbanına çevrilmiş ola bilər. Qətlin baş vermə şəraiti müəyyənləşdirilir.
RG-nin mənbəsi bildirib ki, mərhumun Qırğızıstan vətəndaşlığı olub, həyat yoldaşı və üç azyaşlı uşağı Sankt-Peterburqda yaşayır. Respublika Xarici İşlər Nazirliyi “Kyrgyzstan News” nəşrinə qətllə bağlı məlumatı təsdiqləyib və əlavə edib ki, ABŞ hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Mərhumun həyat yoldaşı ərinin cənazəsini vətəninə aparmaq və dəfn mərasimini keçirmək üçün ianə aksiyası təşkil edib. Məqalədə qeyd olunur ki, faciədən xəbər tutan uşaqların da psixoloji yardıma ehtiyacı var.
AYSEL
Vəziyyət 2014-cü ilin noyabr hadisələrini xatırladır…
Heç kim fırıldaqçıya inanmır...
Çeçen lideri Rusiyanın digər bölgələrində yaşayan çeçenləri müharibəyə göndərməklə hədələyib...
Kreml danışıqlardan təsir dairələrini yenidən bölüşdürmək üçün istifadə etmək istəyir...
Noyabr danışıqlarının pərdə arxasında nələr baş verir...
Neyron şəbəkələri insan gözünün nəyi qaçırdığını görməyi öyrənir...
Seçkilərdəki məğlubiyyət Respublikaçıları iki yerə böldü...