PDF Oxu

Dünya

  • 2 794

Rutte: "Putin NATO-ya hücum etsə, uduzacaq"

image

NATO-nun baş katibi Mark Rutte deyib ki, Putin indi Şimali Atlantika Alyansına hücum etsə, uduzacaq, lakin bir neçə ildən sonra Rusiya daha böyük təhlükə yarada bilər. SİA-nın məlumatına görə, Rutte bunu çərşənbə günü Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib, …Baş katib vurğulayıb ki, Alyans ölkələri müxtəlif kəşfiyyat qurumlarının Rusiyanın NATO dövlətlərinə mümkün hücumu ilə bağlı xəbərdarlıqlarına ciddi yanaşmalıdır. Eyni zamanda o, əmin edib ki, Rusiya bu gün Alyansa hücum etsə, məğlubiyyətlə üzləşəcək.

…Əgər Putin NATO-ya hücum etsə, reaksiya dağıdıcı olacaq. Uduzacaq... Caydırıcılıq və müdafiə çox güclüdür.

Bunu Rutte bildirib.

Bununla belə, o qeyd edib ki, Rusiya hərbi sənayesinin indiki tempini nəzərə alaraq, 4-5 il ərzində qüvvələrini xeyli artıra bilər.

Ona görə də NATO buna hazır olmalı və üç şeyə diqqət yetirməlidir: Ukraynaya dəstək, müdafiə xərclərini artırmaq və müdafiə sənayesini inkişaf etdirmək.

…Əks halda pulumuz olacaq, amma özümüzü qoruya bilməyəcəyik. Biz bunu etməliyik. Üstəlik biz əmin olmalıyıq ki, Ukrayna üstünlük əldə edəcək.

Bunu da Rutte bildirib.

Əli Babayev

Digər xəbərlər

Kremldə isteriya baş qaldırıb...

Putin vəziyyəti daha da ağırlaşdırır...

Svitan Rusiyanın NATO-ya hücumu üçün mümkün ssenarini təsvir etdi

Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...

Putinin “ölü əli”: Rusiya nüvə cavab zərbə sistemini canlandırdı

Ural dağlarında “Obyekt 1335” kimi tanınan gizli yeraltı hərbi kompleks genişləndirilib...

“Belarusdakı dəyişikliklər Rusiyanın məğlubiyyətinin açarı ola bilər”

Tarixçi Avropanın gələcək təhlükəsizliyi üçün üç şərt müəyyən etdi...

Ukraynalılar argentinalı muzdlunu əsir götürüb

Argentinalı “nayomnik” Liman yaxınlığında döyüşürmüş...

Putinə əsas zərbə ordudan gəlməyə bilər...

Kremlin reallığa qarşı müharibəsi məhvə məhkumdur...