PDF Oxu

Dünya

  • 4 081

Novruz bayramı ilə bağlı qanun layihəsi Türkiyə parlamentinə təqdim edilib

image

Türkiyə Böyük Millət Məclisinə (TBMM) Novruz bayramı ilə əlaqədar martın 21-nin rəsmi qeyri-iş günü elan edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, normativ aktın təşəbbüskarı hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan deputatı Serkan Bayramdır.

Qanun layihəsi ilə bağlı Ankarada keçirdiyi brifinqdə S.Bayram bildirib ki, martın 21-i gecə ilə gündüzün bərabərləşdiyi astronomik tarix olan yaz bərabərliyi günüdür.

"Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən türk dövlətlərində Novruz bayramı geniş şəkildə qeyd edilir. Bu bayram yeni günün, təbiətin dirçəlişini simvolizə edir. Novruz həm də birlik və qardaşlıq rəmzidir. Türklər üçün Novruz Ərgənəkon dastanına bərabərdir", - deyə deputat bildirib.

S.Bayram deyib ki, Türkiyə Böyük Millət Məclisinin deputatı və BMT-nin sülh elçisi kimi martın 21-nin Türkiyədə rəsmi qeyri-iş günü elan olunmasını parlamentə təklif edib.

Digər xəbərlər

Kremldə isteriya baş qaldırıb...

Putin vəziyyəti daha da ağırlaşdırır...

Svitan Rusiyanın NATO-ya hücumu üçün mümkün ssenarini təsvir etdi

Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...

Putinin “ölü əli”: Rusiya nüvə cavab zərbə sistemini canlandırdı

Ural dağlarında “Obyekt 1335” kimi tanınan gizli yeraltı hərbi kompleks genişləndirilib...

“Belarusdakı dəyişikliklər Rusiyanın məğlubiyyətinin açarı ola bilər”

Tarixçi Avropanın gələcək təhlükəsizliyi üçün üç şərt müəyyən etdi...

Ukraynalılar argentinalı muzdlunu əsir götürüb

Argentinalı “nayomnik” Liman yaxınlığında döyüşürmüş...

Putinə əsas zərbə ordudan gəlməyə bilər...

Kremlin reallığa qarşı müharibəsi məhvə məhkumdur...