PDF Oxu

Dünya

  • 5 050

İraqda qum fırtınası səbəbindən yaralananların sayı 3700-ə çatıb

İraqda qum fırtınası səbəbindən yaralananların sayı 3700-ə çatıb

İraqda bir neçə gündür davam edən qum fırtınası minlərlə insanın sağlamlığında ciddi problemlərə səbəb olub. SİA ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, 3700-dən çox şəxs tənəffüs yolu xəstəlikləri ilə tibb müəssisələrinə yerləşdirilib.Bağdad xəstəxanalarına 1014 nəfər yerləşdirilib. Xeyli sayda zərərçəkən cənubdakı əl-Mutanna vilayətində də qeydə alınıb, burada 874 nəfərə tibbi yardım göstərilib.“Bazar ertəsindən etibarən Bağdad və digər vilayətlərdəki xəstəxanalara azı 3747 nəfər yerləşdirilib”, - deyə nazirliyin rəsmisi Səif əl-Bədr məlumat verib.Onun sözlərinə görə, tibb müəssisələrinə müraciət edənlərin sayı arta bilər. İraq rəsmilərinin verdiyi məlumata əsasən, güclü qum fırtınası səbəbindən Bağdad, Nəcəf və Süleymaniyyə hava limanlarının fəaliyyəti bir neçə saatlıq dayandırılıb.Bu, son bir ayda İraqda iqlim dəyişiklikləri, bitki örtüyünün deqradasiyası və sürətli səhralaşma səbəbindən baş verən ilk qum fırtınası deyil. Yerli səhiyyə sistemi bu kimi hallara reaksiya verilməsi üçün işlənmiş protokollara malikdir ki, bu da tibbi heyətə zərərçəkənlərə operativ və effektiv yardım göstərməyə imkan verir.İraq meteoroloqları və səhiyyə işçiləri problemin həll olunmaması təqdirdə güclənən fırtınaların vətəndaşların sağlamlığı və həyatı üçün təhlükəli olduğunu bildirirlər.

Digər xəbərlər

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?

Təbəssümlər arxasındakı əsl casus müharibəsi
Təbəssümlər arxasındakı əsl casus müharibəsi

Texnologiya nəhənglərinin liderləri şirəli hədəflərə çevriliblər...

Müharibə 2026-cı ilin sonuna qədər bitə bilərmi?
Müharibə 2026-cı ilin sonuna qədər bitə bilərmi?

Zelenski “fürsət pəncərəsi” elan etdi…

Növbəti addım nədir?
Növbəti addım nədir?

Əsas problem Putinin öz mövqeyindədir...

Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur...
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur...

...onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik