PDF Oxu

Dünya

  • 7 946

Əfqanıstanda uşaq ölümü ilə bağlı kritik vəziyyət barədə xəbərdarlıq...

Əfqanıstanda uşaq ölümü ilə bağlı kritik vəziyyət barədə xəbərdarlıq...

...BMT xəbərdarlıq edib ki, Əfqanıstanda uşaq ölümü nisbəti qarşıdakı həftələrdə xeyli artacaq və humanitar maliyyə çatışmazlığı fonunda kritik həddə çatmaq təhlükəsi ilə üzləşəcək.BMT-nin Ümumdünya Ərzaq Proqramının Əfqanıstandakı direktoru Con Ayliffenin sözlərinə görə, uşaq ölümü ilbəil dekabr və yanvar aylarında, soyuq hava şəraitinin ölkəyə təsir etdiyi və humanitar böhranı daha da ağırlaşdırdığı zaman pik həddə çatır.Qeyd olunur ki, 17 milyondan çox əfqan ərzaq çatışmazlığından əziyyət çəkir.Bundan əlavə, qidalanma çatışmazlığı hazırda müalicəyə ehtiyacı olan 5 milyon qadın və uşağın sağlamlığına düzəlməz zərər vurub.Üstəlik, Əfqanıstan əhalisi üçün yardım proqramı yalnız 12 faiz maliyyələşdirilir.Bu arada, Əfqanıstan hakimiyyəti BMT-ni "ikili standartlar"da tənqid edib.Əfqanıstanın xarici işlər naziri Əmir Xan Mottaki humanitar yardımın hər hansı siyasi şərtlərə bağlanmasının qəbuledilməz olduğunu bəyan edib.Onun sözlərinə görə, belə bir siyasət Əfqan xalqına düzəlməz zərər vurub.BMT əvvəllər Əfqanıstanı Qəzza zolağı, Yəmən və Somali ilə yanaşı, dünyanın ən çox aclıq çəkən bölgələri siyahısına daxil edib.BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyələşdirmənin kəskin şəkildə azaldıldığını elan edərək, aclıqdan əziyyət çəkən bölgələrdəki insanlara yardım proqramlarının davam etdirilməsini təhdid etdi.İyul ayında ABŞ iki müsəlman ölkəsində - Əfqanıstan və Pakistanda uşaqlar üçün nəzərdə tutulmuş təxminən 500 ton qida məhsulunun məhv edilməsini əmr etdi.Mütəxəssislər hesablayıblar ki, məhv edilən peçenye miqdarı təxminən 1,5 milyon uşağı yeddi gün ərzində doyurmaq üçün kifayət edəcəkdi.

Əli Babayev

Digər xəbərlər

Ulduz amerikalı komediyaçı Trampı ələ salıb
Ulduz amerikalı komediyaçı Trampı ələ salıb

ABŞ prezidenti Putinlə görüşündən sonra zarafat hədəfinə çevrilib...

Rusiya Çin texnologiyalarından asılıdır...
Rusiya Çin texnologiyalarından asılıdır...

Çin Rusiyaya Shahed dron mühərriklərinin tədarükünə məhdudiyyətlər tətbiq etdi...elə Kreml rəhbərinin Çinə gəldiyi gün...

“Könüllülər koalisiyası”
“Könüllülər koalisiyası”

Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək...

Putin illüziyalarla yaşayır...
Putin illüziyalarla yaşayır...

Kreml rəhbərinin cəbhədə baş verənlərdən xəbəri yoxdur...

Fransa qoşunları Ukraynada nə ilə məşğuldur?
Fransa qoşunları Ukraynada nə ilə məşğuldur?

Fransa müdafiə nazirinin müavini detalları paylaşdı…

Rusiya təbliğatçıları Putinin planlarını sızdırıblar
Rusiya təbliğatçıları Putinin planlarını sızdırıblar

Demokratların qələbəsi Kremlin bütün planlarını alt-üst etdilər...

“Putin həqiqətən də ağrıyır”...
“Putin həqiqətən də ağrıyır”...

Analitik Krım körpüsünün uçmasının Rusiya ordusu üçün yaratdığı təhlükəni izah etdi...