PDF Oxu

Dünya

  • 4 641

Zelenski Türkiyə ilə bağlı bu qanunu imzalayıb

Zelenski Türkiyə ilə bağlı bu qanunu imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə ilə Azad ticarət haqqında sazişin ratifikasiyası barədə qanunu imzalayıb. Bu barədə müvafiq məlumat Ukrayna Ali Radasının saytında dərc olunub.
Qeyd olunub ki, saziş ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına, Ukrayna istehsalçıları üçün satış bazarlarının genişləndirilməsinə, biznes üçün yeni imkanların yaradılmasına, eləcə də yerli istehsalın inkişafı və modernləşdirilməsinə yönəlib.

Azad ticarət haqqında saziş 2011–2022-ci illərdə keçirilmiş 12 raunddan ibarət danışıqların yekunlarına əsasən, 2022-ci il fevralın 3-də Kiyevdə Ukraynanın Baş naziri Denis Şmıqal və Türkiyənin ticarət naziri Mehmet Muş tərəfindən imzalanıb.

Türkiyə parlamenti sənədi 2024-cü il avqustun əvvəlində, Ukrayna Ali Radası isə 2026-cı il iyulun 14-də ratifikasiya edib. Saziş dövlətdaxili prosedurlar başa çatdıqdan və iki ölkə arasında ratifikasiya fərmanları mübadilə edildikdən sonra qüvvəyə minəcək.

Mətləb

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...