PDF Oxu

Dünya

  • 1 798

Quş qripi ilə bağlı həyəcan siqnalı... Peyvəndləmə başlayacaq

image

ABC News-un məlumatına görə, Avstraliya hökuməti ölkədə aşkar edilmiş quş qripinin "H5N1" ştammına qarşı yeni tədbir görür.

Ölkədə "H5N1" virusuna yoluxma hallarının sayı 230-u keçdiyi bir vaxtda hökumət, təbii yaşayış mühitindən kənarda saxlanılan və "prioritet" hesab edilən yerli quş növlərinin bu xəstəliyə qarşı peyvəndlənməsinə başlanılacağını elan edib.

Ştat və ərazilərin yaxın günlərdə peyvəndləmə proqramına başlaması gözlənilərkən, proqrama daxil ediləcək quş növləri onların xəstəliyə qarşı həssaslığı və peyvəndləmənin həmin növlərin qorunmasına göstərə biləcəyi potensial təsir əsasında seçiləcək.

Ətraf mühit naziri Murray Watt diqqətin insanların nəzarəti altında olan quşlara yönəldildiyini bildirərək, vəhşi quşlar üçün genişmiqyaslı vaksinasiya kampaniyasının-xüsusilə də vaksinin iki doza tələb etməsi səbəbindən -"praktik və ya mümkün olmadığını" qeyd edib.

Məsələ ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Naziri Culi Kollins bildirib: "Vəhşi quşlar arasında H5 quş qripinin yayılmasının qarşısını ala bilmərik, lakin ən çox risk altında olan növləri qorumaq üçün tədbirlər görə bilərik və vaksinasiya artıq bu tədbirlərin bir hissəsidir".

Digər xəbərlər