PDF Oxu

Dünya

  • 15

Nauru Abxaziyanın müstəqilliyini tanıyıb

Nauru Abxaziyanın müstəqilliyini tanıyıb
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Nauru Respublikası Abxaziyanın müstəqilliyini tanımışdır. Dekabrın 15-də ölkələr arasında diplomatik münasibətlərin qurulması haqda razılaşma sənədi imzalanmışdır. Nauru hökuməti bu qərarı, Abxaziya ilə əlaqə yaradan hər bir ölkəyə maliyyə yardımı edilməsi haqda məlumatı əldə etdikdən sonra, qəbul etmişdir. Nauru Sakit okeanda yerləşən kiçik ada dövlətidir və əhalisinin sayı 14 min nəfərə yaxındır.
Yaxın günlərdə Naurunun ticarət, maliyyə və xarici işlər naziri Kiren Keke Cənubi Osetiyaya səfər etmişdir. O, ölkə parlamentində Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsini müzakirəyə çıxaracağını vəd etmişdir.
"Kommersant" qəzeti dekabrın 14-də yazırdı ki, Sxinvali rəsmisi və Nauru naziri Moskvaya səfər edib bu ölkənin "təxirəsalınmaz sosial-iqtisadi layihələrinin" gerçəkləşdirilməsi üçün 50 milyon dollar ayrılması məsələsini müzakirə etmişdir. Qəzetin məlumatına görə Kiren Keke Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmüşdür.
Əvvəllər Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Rusiyadan sonra Nikaraqua və Venesuela tanımışdır. Nauru bu addımı atan üçüncü ölkədir.

Digər xəbərlər