PDF Oxu

Dünya

  • 10

Moldova müxalifəti prezident seçkilərinin qarşısını alıb

Moldova müxalifəti prezident seçkilərinin qarşısını alıb
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Moldova müxalifət fraksiyası deputatları tam heyətdə parlamentin yığıncaqlar zalını tərk etmişdir. Mayın 20-də keçiriləcək parlament yığıncağında respublika prezidentini seçmək planlaşdırılmışdı. Zalda yalnız iqtidarda olan Kommunist Partiyasının üzvləri qalmışdı ki, dövlət başçısı seçmək üçün onların bir səsləri çatmırdı.
Aprelin əvvəllərində keçirilmiş Moldova parlament seçkilərində iqtidarda olan Kommunist Partiyası mandatların əksəriyyətini qazanmışdı (101 mandaitdan 60-nı). Ancaq prezidentin namizədliyini təsdiqləmək üçün minimum 61 deputat səsi lazım idi.
Parlamentdə təmsil olunan üç müxalifət partiyası prezidentin namizədliyinə səs verməkdən imtina etmişdir. Müxalifətçilər belə hesab edirlər ki, parlament seçkiləri saxtalaşdırılmışdır və yeni seçkilər keçirmək lazımdır.

Digər xəbərlər