PDF Oxu

Dünya

  • 17

ABŞ-ın Əfqanıstana endirdiyi aviazərbələrdən ölənlərin sayı 100-ü keçib

ABŞ-ın Əfqanıstana endirdiyi aviazərbələrdən ölənlərin sayı 100-ü keçib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ aviasiyasının mayın 5-də Əfqanıstanın Fərəh əyalətinə endirdiyi raket zərbələri nəticəsində ölən dinc sakinlərin sayı 100 nəfəri keçmişdir. Əyalətin polis rəisi Abdul Qafar Vətəndar faktın doğruluğunu təsdiq etmişdir.
Əvvəllər ölən dinc əhalinin sayının 30 nəfər olduğu bildirilirdi. Polis rəisinin dediyinə görə, yeni məlumat Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları tərəfindən təsdiq edilmişdir.
ABŞ-ın Dövlət Departamenti Əfqanıstan hökuməti ilə birgə insidentin təhqiqatını aparacığını bildirmişdir. Agentliyin məlumatına görə, Əfqanıstan prezidenti Həmid Karzay mayın 6-da Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşündə dinc sakinlərin öldürüldüyü haqda məlumat vermişdir.

Digər xəbərlər