Fransanın mütəşəkkil cinayətkarlığa qarşı mübarizə polisinin apardığı əməliyyat zamanı 10 kürd həbs olunub.Onlar Kürd İşçi Partiyasını (PKK) maliyyələşdirməkdə günahlandırılıblar. Həbs olunanların mənzillərində aparılan axtarış zamanı onların PKK ilə əlaqələrini sübuta yetirən sənədlər və ümumilikdə 300 min nağd avro aşkar edilərək götürülüb.Əməliyyata rəhbərlik edən polis rəsmisi həbs edilən kürdlərin cinayət törətdiklərinə görə Türkiyə tərəfindən axtarışları elan olunduğunu, siyasi qaçqın adı altında Fransada sığınacaq tapdıqlarını, bəzilərinin "Kürdüstan"a yardım kampaniyasına rəhbərlik etdiklərini bildirib.
sia.az
Putin vəziyyəti daha da ağırlaşdırır...
Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...
Ural dağlarında “Obyekt 1335” kimi tanınan gizli yeraltı hərbi kompleks genişləndirilib...
Tarixçi Avropanın gələcək təhlükəsizliyi üçün üç şərt müəyyən etdi...
Argentinalı “nayomnik” Liman yaxınlığında döyüşürmüş...
Cavab hiss olunmalıdır...
Kremlin reallığa qarşı müharibəsi məhvə məhkumdur...