Baş Prokurorluğun iddiasına görə, Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış iş adamı Rza Zərrabın rüşvət verdiyi nazirlərdən biridir. Bu barədə "Zaman" qəzeti məlumat verir.R.Zərrabın E.Bağışa təqribən 3 milyon türk lirəsi rüşvət verdiyi iddia edilir.Digər iddiaya görə, R.Zərrab Qanadan qeyri-qanuni yolla gətirdiyi 1,5 ton qızılla bağlı problemini "Xalq Bank" vasitəsilə həll edib. Belə ki, iş adamının "Xalq Bank" vasitəsilə gördüyü işlərə nəzarətdən yayınmaq üçün bankın baş direktoru Süleyman Aslanla əlaqə yaratdığı, bank rəhbəri ilə R.Zərrabı tanış edən şəxsin isə iqtisadiyyat naziri Zəfər Çağlayan olduğu bildirilir.Z.Çağlayanın bütün bu və digər qeyri-qanuni əməllərə 106 milyon lirə qarşılığında göz yumduğu iddia edilir.
sia.az
Vaşinqton 2028-ci ilə qədər insanları Aya qaytarmağa ümid edir…
Latviya 2026-cı ildə sərhədi keçmə cəhdlərinin qarşısını almaq üçün yeni gündəlik rekord müəyyənləşdirib...
Ruslar hökumətin gözlədiyindən daha sərt reaksiya verirlər...
Macarıstanın baş naziri 16 ildən sonra ilk dəfə hakimiyyətini itirmək riski ilə üz-üzədir...
Polkovnik xilas edildi, amma onun adı açıqlanmayıb...
Ukrayna Silahlı Qüvvələri Putini sülhə məcbur etmək üçün daha bir addım atıb...
Kreml Avropanın strateji arxa cəbhəsindən başlayacaq...
Qədim peyğəmbərliklərin şərhçiləri artıq onlarda müharibələr, təsirin yenidən bölüşdürülməsi və təhlükəli siyasi çevrilişlər barədə işarələr tapıblar.