PDF Oxu

Dünya

  • 3 073

Şiddətli yağışlar 12 nəfərin ölümünə səbəb oldu - FOTOLAR

image

Çinin Henan vilayətində şiddətli yağışların törətdiyi fəsadlar 12 nəfərin ölümünə, 2 nəfərin itkin düşməsinə səbəb olub. SİA vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, bir neçə gündür davam edən mövsüm yağışlarının miqdarı vilayətin paytaxtı Cencouda 449 millimetrə çatıb. Nəticədə küçələri su basıb, yaşayış binalarının birinci mərtəbələrinə, mağazalara, restoranlara, sosial obyektlərə, hətta metro stansiyalarına su dolub. Cenconun küçələri iri çayları xatırladıb. Təbii fəlakət nəticəsində 11 nəfər ölüb.

Şəhərdə ən yüksək səviyyədə xəbərdarlıq elan edilib. Fövqəladə hallar qurumu 100 min nəfəri təxliyə edib. Cencouya və şəhərdən müxtəlif istiqamətlər üzrə 160 qatar, 260 təyyarə reysi ləğv edilib. Bundan başqa, şəhərdə ictimai nəqliyyatın hərəkəti dayandırılıb, magistral yollar bağlanıb.

Təbii fəlakətlə mübarizə tədbirlərinə xeyli canlı qüvvə və texnika cəlb olunub. Əsas diqqət evlərində, iş yerlərində, mehmanxanalarda və digər məkanlarda köməksiz vəziyyətdə qalanların xilas edilməsinə yönəldilib.

Aramsız yağışlar vilayətin digər yaşayış məntəqələrində də fəsadlar törədib, dağıntılara səbəb olub. Ümumilikdə, 10 min hektara yaxın əkin sahə su altında qalıb. Sincon qəsəbəsində isə yağıntının miqdarı 609 millimetr olub. Qəsəbədə 1 nəfər ölüb, 2 nəfər itkin düşüb. Xilasedicilər 3620 nəfəri təxliyə edib.

Henandakı bir neçə çayda suyun səviyyəsi təhlükəli həddi aşıb. Nəticədə yaxınlıqdakı yaşayış məntəqələrini və əkin sahələrini su basıb. Meteoroloqlar növbəti günlərdə şiddətli yağışların davam edəcəyini, sel və daşqınların olacağını proqnozlaşdırıb.

Çin Xalq Respublikasının Sədri Si Cinpin təbii fəlakətlə mübarizə aparan qurumlar qarşısında insanların xilasını prioritet tələb kimi qarşıya qoyub.

Qeyd edək ki, iyun ayından bəri mövsüm yağışları Çinin müxtəlif bölgələrində insan tələfatına, infrastrukturun, evlərin dağılmasına səbəb olub. Ölkə üzrə xəbərdarlıq 2-ci səviyyəyə qaldırılıb.

Digər xəbərlər

Ruslar hər atəşin qiymətini görməlidirlər...

Müharibə hər qırılmış boruda görünən olmalıdır...

“Burada əslində nə baş verdiyini bilmirdim...”

Çinli jurnalist həqiqəti tapmaq üçün Donbasa gəlib...

Rusiya yeni “Ciddi Strateji Hərbi Əməliyyat” elan etdi

Moskva açıq şəkildə yeni bir işğal və raket hücumları ilə hədələyir...

İordaniya İsrailə qarşı ritorikanı sərtləşdirir

Ammanın hesablamalarında nə dəyişib? Əmman İsrail siyasətinə yalnız İsrail-Fələstin münaqişəsində bir məsələ kimi deyil, həm də...

Seçkilərdən sonra Kreml rusların ciblərinə əl atır..?

Rusiya Maliyyə Nazirliyi eyni anda bir neçə sahədə vergi artımları hazırlayır...

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...

Bunu bilmək təhlükəli illüziyaları dağıdır

Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...

NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib

Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...

Putin öz bunkerinə göz dikəcək

Və xalq hər şeylə razılaşacaq...

“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”

Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?