"Amazon"un qurucusu, milyarder Cef Bezos və daha üç sərnişini göyərtəsində daşıyan kapsul "New Shepard" raketi vasitəsi ilə həyata keçirilən uçuşdan sonra Texas kosmodromu yaxınlığında təhlükəsiz yerə enib.

Xəbər verilir ki, bütün uçuş avtomatik rejimdə olub və 11 dəqiqədən az müddət çəkib.
Hesablandığı kimi, buraxılışdan bir neçə dəqiqə sonra təkrar istifadə oluna bilən raket 40 km yüksəkliyə qalxdıqdan sonra sərnişinlər olan kapsul ondan ayrılıb.

Daşıyıcısından ayrılan kapsul, kosmosun şərti sərhəddini - 100 km hümdürlük məsafəsini keçib.
Amerikalı sahibkarı uçuşda qardaşı Mark, 82 yaşlı qadın pilot Olli Funk və 18 yaşlı Oliver Daemen müşayiət ediblər.

Qeyd edilir ki, Ceff Bezosun "Blue Origine" şirkəti belə uçuşları 500 min dollar müqabilində təşkil edəcək.
Putin vəziyyəti daha da ağırlaşdırır...
Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...
Ural dağlarında “Obyekt 1335” kimi tanınan gizli yeraltı hərbi kompleks genişləndirilib...
Tarixçi Avropanın gələcək təhlükəsizliyi üçün üç şərt müəyyən etdi...
Argentinalı “nayomnik” Liman yaxınlığında döyüşürmüş...
Cavab hiss olunmalıdır...
Kremlin reallığa qarşı müharibəsi məhvə məhkumdur...