Avropa Parlamentinin belçikalı deputatı Flipp de Man ABŞ prezidenti Cozef Bayden administrasiyasını Avropanın işlərinə müdaxilə etməsindən narahatlığını bildirib. Belə ki, o, dediklərinin sübutu kimi, Rusiyanın “Şimal Axını 2” qaz kəməri ilə bağlı ABŞ-la Almaniya arasındakı razılaşmanı göstərib.
Rusların “Qazeta.ru” saytının yazdığına görə, belçikalı deputat xatırladır ki, bu razılaşma Vaşinqtonun qaz kəmərinin inşasına mane olan sanksiyalardan imtina etməsini nəzərdə tutur.
Flipp de Manın dediyinə görə, artıq Almaniya ABŞ-ın xeyrinə geniş güzəştlərə getsə də, görünür bu amerikalıları hələ də qane etmir.
Belçikalı deputat, həmçinin Avropa Komissiyası üzvlərinin Cozef Baydenin Avropa Birliyinin elektrik təchizatına müdaxiləsi ilə bağlı hansı fikrə malik olduqlarını da onlara sual kimi ünvanlayır. Maraqlıdır ki, ABŞ-ın Avropa Komissiyasına etdiyi müdaxiləsini təcavüz forması kimi dəyərləndirən de Man deputat həmkarlarından bu barədə nə düşündüklərini də soruşur.
Ağasəf Babayev
Ruslar Ukraynanın ödəməli olduğu təzminatın məbləğini açıqlayıblar...
Bəli, onlar müsəlmandırlar, lakin onlar həm də Amerika məktəblərinin, universitetlərinin və sosial mühitlərinin məhsuludurlar...
Ukrayna və Avropa bir yerdə olmalıdır...
ABŞ və müttəfiqləri növbəti nəsil müharibələrinə yanaşmalarını yenidən nəzərdən keçirirlər...
Rus generalları Ukrayna kəndlərini ələ keçirmək üçün sui-qəsd hazırlayırlar...
Bəyanat rəsmilərlə görüşdə verilib...
Putin vəziyyəti daha da ağırlaşdırır...
Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...