PDF Oxu

Dünya

  • 3 603

SARS-CoV-2 koronavirusu mutasiyaya uğramağa davam edir - ÜST-ün Baş direktoru

SARS-CoV-2 koronavirusu mutasiyaya uğramağa davam edir - ÜST-ün Baş direktoru

SARS-CoV-2 koronavirusu mutasiyaya uğramağa davam edir, buna görə də hazırda bu qrupa aid edilmiş dörd ştama - "alfa", "beta", "qamma" və "delta"ya əlavə olaraq yeni xüsusilə təhlükəli variantlarının ortaya çıxması ehtimalını nəzərə almalıyıq. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə deyib.
"ÜST COVID-19 xəstəliyinə səbəb olan virusun, onun haqqında gələn ilk məlumatlardan bəri dəyişdirildiyini və dəyişməyə davam etdiyi barədə xəbərdarlıq etmişdi. Beləliklə, narahatlığa səbəb olan dörd variant ortaya çıxdı və virus yayılmağa davam etdiyi müddətdə daha çox sayda yeni variant ortaya çıxacaq", - deyə Baş direktor bildirib.

O, vurğulayıb ki, son həftələrdə ÜST-nin altı bölgəsindən beşində yoluxma hallarının sayında qeyd olunan kəskin artım, əhəmiyyətli dərəcədə "ən azı 132 ölkədə aşkar olunan son dərəcə yoluxucu delta-variantı" ilə şərtləndirilib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri koronavirusla bağlı testləşməni yaxşılaşdırmağa çağırıb. O, adambaşına düşən gəlirləri aşağı olan ölkələrdə əhalinin test nisbətinin yüksək gəlirli ölkələrin səviyyəsinin 2 faizindən azını təşkil etdiyini xatırladıb. Müvafiq testləşmənin mövcud olmamasına görə, həqiqi epidemioloji vəziyyət və onun necə dəyişdiyi barədə məlumat əldə etmək mümkün olmur.

"Dünyadakı test səviyyəsini yüksəltmədən, xəstəliklə ön xəttə mübarizə apara bilməyəcəyik və koronavirusun yeni, daha təhlükəli variantları riskini azalda bilməyəcəyik", - deyə Baş direktor vurğulayıb.

Tedros Qebreyesus Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlə əhatə olunma məsələsində əvvəl müəyyən edilən hədəflərə sadiq qaldığını bir daha təsdiqləyib: sentyabr ayının sonuna qədər dünyanın hər bir ölkəsində əhalinin ən azı 10 faizi, 2021-ci ilin sonuna qədər - ən azı 40 faizi, 2022-ci ilin ortalarına qədər ən azı 70 faizi peyvənd olunmalıdır. Baş direktor bildirib ki, indiyə qədər dövlətlərin yarısından bir qədər çoxu əhalisinin ən azı 10 faizini, dörddə birindən az hissəsi – 40 faiz və yalnız üç ölkə - 70 faizini peyvənd edib.
Bununla əlaqədar olaraq, o, "vaksinlərin qlobal paylanmasının hələ də ədalətsiz qaldığını" vurğulayaraq, "peyvənd milliyətçiliyinin" təhlükəsi barədə xatırladıb. "Bütün bölgələr risk altındadır, lakin Afrikada vəziyyət – çox pisdir", - deyə Tedros Qebreyesus qeyd edib.

"Mövcud tendensiya davam edərsə, Afrika ölkələrinin təxminən 70 faizi sentyabrın sonuna qədər 10 faiz vaksinasiya səviyyəsinə çata bilməyəcək", - deyə o bildirib. Bu günə qədər dünyada istifadə edilən peyvəndlərin yalnız 2 faizi Afrikanın payına düşüb və bu qitə əhalisinin yalnız 1,5 faizi peyvənd olunub.

Digər xəbərlər

Lukaşenkonun hakerləri Kremlin maraqlarına uyğun hərəkət edirlər
Lukaşenkonun hakerləri Kremlin maraqlarına uyğun hərəkət edirlər

Rusiya xüsusi xidmət orqanlarına birbaşa tabe ola bilər...

Pentaqonun işdən çıxarılan generalı...
Pentaqonun işdən çıxarılan generalı...

O, Ukrayna və İran haqqında gizli məlumatların sızdığını etiraf edib. Strateq məlumatı jurnalistlərə 2025-ci ilin iyun ayından ötürüb...

Putinin hər zaman danışdığı ruslar indi yoxdur
Putinin hər zaman danışdığı ruslar indi yoxdur

Ruslar biabırçılığı gizlətməyə çalışırlar...

Strelkov ruslara cəbhədə baş verənləri izah etdi
Strelkov ruslara cəbhədə baş verənləri izah etdi

Ukrayna təşəbbüsü ələ keçirdi və demək olar ki, bütün xətt boyunca əks-hücuma keçir...

Kim Çen Inın əsas zəifliyi onun mühitindədir
Kim Çen Inın əsas zəifliyi onun mühitindədir

Şimali Koreya rəsmilərinin sədaqəti etibarsız stimula əsaslanır...

Ukraynada sülhün asılı olduğu beş faktor
Ukraynada sülhün asılı olduğu beş faktor

Bunlar real sülh sazişinin perspektivləridir...