Rusiya Tur Operatorları Assosiasiyasının vitse -prezidenti Dmitri Qorin, Rusiya vətəndaşlarının 21 sentyabrdan planlaşdırılan müntəzəm reyslərin bərpasından sonra da turist kimi İspaniyaya gedə bilməyəcəyini bildirib.
"Sentyabrın 21 -dən sonra müntəzəm reyslərin bərpası sərhədlərin tam açılması demək deyil. Müvəqqəti olaraq - xüsusi qərarlar qəbul olunana, məhdudiyyətlər ləğv olunmayana qədər turistlər də daxil olmaqla digər səyahət növləri mümkün deyil", -
SİA bu barədə TASS-a istinad edir.
Qorin, sentyabrın 21 -dən etibarən Rusiya şəhərlərindən İspan şəhərlərinə müntəzəm uçuşların mümkün olacağını belə izah edir. Belə ki, pandemiya dövründə Moskva və Madrid tərəfindən qurulan giriş qaydalarına görə, ruslar ölkəyə AB ölkələrinin yaşayış icazəsi və ya vətəndaşlığı ilə, həm də uzun müddətli təhsil vizası, iş vizası, ailənin birləşməsi ilə daxil ola bilərlər Təbii ki, burada bəzi istisnalar da ola bilər, məsələn idman oyunları.
Rusiya Tur Operatorları Assosiasiyasının vitse-prezidenti əlavə edib ki, İspaniya vətəndaşları Rusiya vizası ala bilərlər.
Ağasəf Babayev
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...
İranda inflyasiya 85 faizə çatıb. Rejimin iqtisadiyyatı çökmə nöqtəsindədir
Neft emalı zavodlarına endirilən zərbələr Kremlə qarşı ağrılı təzyiq vasitəsi olaraq qalır...