Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları onun azad edilməsi tələbi ilə Tbilisidəki parlament binasının qarşısına toplaşıblar. SİA xəbər verir ki, bu barədə RİA Novosti-nin oradakı müxbiri məlumat verib.
Aksiyanı Saakaşvilini ölkəyə qaytarmaq üçün xalq hərəkatı yaradan Gürcüstanın müxalif “Qanun və Ədalət” partiyasının lideri Tako Çarkviani təşkil edib. Etirazçıların əllərində Gürcüstanın milli bayrağı və Saakaşvilinin fotoşəkilləri var.
Qeyd edək ki, Siyasətçinin azad edilməsini tələb edən daha geniş miqyaslı aksiyanın oktyabrın 14-də Tbilisinin mərkəzində keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, indi Rustavi şəhərindəki həbsxanadadır. Gürcüstanda bir neçə cinayət işində onun iştirak etdiyi iddia olunur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...