PDF Oxu

Dünya

  • 1 409

İran hakerləri İsrail və Amerika müdafiə şirkətlərinə HÜCUM ETDİLƏR

İran hakerləri İsrail və Amerika müdafiə şirkətlərinə HÜCUM ETDİLƏR

“İran hakerləri İsrail və ABŞ müdafiə şirkətlərinə məxsus 250 qeydəalma yazılarını sındırmağa cəhd ediblər”. SİA xəbər verir ki, bu haqda Microsoft özünün Microsoft Office 365 servisində məlumat yayıb.

Şirkətin press-relizində bildirilir ki, hakerlər əvvəlcədən müəyyən etdikləri 20 hədəfi sındıra biliblər və hər dəfə hücum texnikalarını təkmilləşdiriblər.

Microsoft hücumlara məruz qalmış şiklətlərin adlarını açıqlamayıb, lakin qeyd edib ki, iranlı hakerləri Amerikanın və İsrailin müdafiə şirkətləri, eləcə də Yaxın Şərqdə və Fars körfəzində fəaliyyət göstərən dəniz daşımalarına aid beynəlxalq şirkətlər maraqlandırıb.

“Analiz əsaslarında hücumların xarakteri, coğrafi yerləşmələr və digər məlumatlar araşdırılarkən bəlli olub ki, hakerlərin fəaliyyəti İran İslam Respublikasının milli maraqları ilə üst-üstə düşür”, press-relizdə bildirilir.

Qeyd edək ki, bəyanat İran və İsrailin qarşılıqlı olaraq bir-birilərini Yaxın Şərqdə üzən gəmilərə hücum etmək itithamları və Tehranın aparıcı nüvə alimi Möhsün Fəxrizadənin 2020-ci ildəki qətlinin qisasının alınması istəyi fonunda ictimailəşdirilib.

Müəllif: Rövşən