Şərqi Afrika ölkələrindən biri olan Tanzaniyada çəhrayı flaminqoların iqlim dəyişikliyi səbəbi ilə təhlükə altında olduğu açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Anadoluda Alli Kreyn adı ilə tanınan ümumiyyətlə çəhrayı rəngli su quşları dünyanın bir çox yerində bir yaşayış sahəsinə malik olsa da, müxtəlif ekoloji faktorlar flaminqo növlərini təhdid edir.
Hətta yaşayış yerləri rənglərinə də təsir edir. İspaniyanın cənubunda və Fransanın cənubunda ən böyük və ən çox yayılmış quş növü olan roza flaminqosu da var.
Şərqi Afrikadakı Tanzaniya isə əsasən çəhrayı flaminqolara ev sahibliyi edir. Tanzaniyalı ekoloq George Saninqo Anadolu Agentliyinə verdiyi müsahibədə, ölkənin şimalındakı Aruşa bölgəsində 2,5 milyon çəhrayı flaminqonun yaşadığını söyləyib.
Ancaq quraqlıq yaşayış yerlərini məhv edir və çəhrayı flaminqolar yavaş -yavaş azalır. Saninqo, Tanzaniyanın şimalında çəhrayı flaminqoların sayının iqlim dəyişikliyi səbəbindən gündən-günə azaldığını ifadə etdi. Flaminqoların dünyanın ən böyük köçəri quşlarından biri olduğunu ifadə edən Saninqo, çəhrayı flaminqoların çoxalma sahələrinin azalması və populyasiyalarının azalması səbəbindən təhlükə altında olan növlər kimi təsnif edildiyini bildirib.
Rüqəyya Orucova
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...