Xəbərlər

  • 3 998

Siyavuş Novruzov: “Heydər Əliyev bütün bəşəriyyət üçün çalışıb”

image

“Biz Ümummilli Lider Heydər Əliyevin nə qədər dövlətçi insan olduğunu və dövlət maraqlarını hər şeydən üstün tutduğunun şahidiyik. Ulu Öndər Azərbaycanın bütün qayğılarını əzbər bilən insan idi”.

SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra-katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı keçirilən xüsusi iclasda çıxışı zamanı deyib. Ulu Öndər Heydər Əliyevin ədalətli insan olduğunu xüsusi vurğulayan deputat söyləyib ki, O, sosial ədalət prinsipi ilə yaşayırdı: “Hərçənd ki, vaxtilə Ulu Öndərə qarşı Moskvada, Azərbaycanda bəzi insanlar tərəfindən ədalətsizlik edildi, amma bütün bunlara baxmayaraq, hər kəsə ədalətlə yanaşır, olanları bağışlayırdı. Ümummilli Lider Heydər Əliyev ədalətsizliyə qarşı mübarizə aparırdı. Dahi şəxsiyyət mübariz idi. Amma Ümummilli lider Heydər Əliyevi ağrıdan məsələ Onun çörək verdiyi insanların sonradan xəyanət etməsi oldu”.
S.Novruzov qeyd edib ki, Ulu Öndər ümumbəşəri şəxsiyyətdir: “O, bütün bəşəriyyət üçün çalışıb. Ümummilli lider partiya yaratmaq istəmirdi. Lakin sonradan əhalinin vəziyyətini gördükdən sonra YAP-ı yaratdı. Yeni Azərbaycan Partiyası Ulu Öndərin əsasını qoyduğu siyasətin davam etdiriməsi istiqamətində əsaslı işlər aparır. Çünki bu siyasət Ulu Öndərin siyasi xəttidir. Bizim borcumuz müstəqil Azərbaycanın daimi olması üçün çalışmaqdır”. “Ümummilli Lider humanist idi. Bildiyiniz kimi, Şərqdə ilk dəfə ölüm hökmü məhz dahi şəxiyyət tərəfindən ləğv edilib”, - deyə deputat əlavə edib.

Digər xəbərlər