Şahmatçılarımız liderlər qrupunda mübarizəni davam etdirirlər

Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçıları liderlər qrupunda mübarizəni davam etdirirlər. SİA-nın məlumatına görə, təmsilçilərimiz Abdulla Qədimbəyli və Nail Bəşirli 2 turda ardıcıl qələbə qazanıblar. Üçüncü turda təmsilçilərimiz yerli idmançılarla - A.Qədimbəyli İrina Çeluşkina, N.Bəşirli Ljilja Drljeviclə mübarizə aparacaqlar.İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.

sia.az