Müxalifət

  • 4 601

Dost kimi görünüb, düşmən kimi ayrılmaq...

image

Birliklərin parçalanmasından öncə, orada cəmləşən partiyaların özlərinin daxilində baş verən hadisələrə diqqət yetirmək lazımdır

Hazırkı dövrə qədər dağıdıcı müxalifətdə onlarla birlik və bloklar fəaliyyət göstərsə də, onların heç biri qarşılarına qoyduqları məqsədlərinə nail olmağı bacarmayıblar. Buna baxmayaraq, "liderlər" öz zəifliklərini və xalq tərəfindən dəstək almadıqlarını heç bir vəchlə qəbul etmək, ya da həzm etmək iqtidarında deyillər. Görünür, bu səbəbdən də, müxtəlif ictimai-siyasi hadisələr ərəfəsində qurumlar, birliklər və bloklar yaradaraq yalnız özlərini və ətraflarında olan azsaylı elektoratlarını aldadırlar. Fakt da budur ki, müxalifət partiyaları müxtəlif proseslərin gedişində birliklər və koalisiyalar yaratmağa nail olsalar belə, xalqdan ciddi dəstək almağı bacarmırlar. Yaradılan birliklər prosesin hansısa mərhələsində dağılır və fiaskoya uğrayır.

Müsavat və AXCP də daxil olmaqla, bu gün özlərini öndə hesab edən partiyalarının hamısında zaman-zaman parçalanmalar baş verib

Hər dəfə də bu birliklər parçalananda müxalifət "liderləri" növbəti mərəhələdə daha "uğurlu" bir format seçməyin vacibliyini bildiriblər. Lakin növbəti mərhələlərdə yaranan birliyin də aqibəti əvvəlkindən fərqlənməyib. Xüsusilə, "İctimai Palata" və "Milli Şura"nın aqibətləri göz qarşısındadır. Buna qədər də belə olub.
Məsələn, vaxtilə 6 partiyanın - Müsavat, AXCP, ADP, "Ümid", ALP və "VİP" kimi partiyaların təsis etdikləri "Qarabağ və Respublika Uğrunda Hərəkat" da parçalanmaq təhlükəsondən yaxa qurtara bilməmişdi.
Ümumiyyətlə, buna qədər də baş verən hadisələrin təhlillərini apardığımız zaman, reallıq onu göstərir ki, birliklərin parçalanmasından öncə, orada cəmləşən partiyaların özlərinin daxilində baş verən qarşıdurmalara diqqət yetirmək lazımdır. Müsavat və AXCP də daxil olmaqla, bu gün özlərini öndə hesab edən partiyaların hamısında zaman-zaman parçalanmalar baş verib.

Blokların birliyini təmin etmək üçün xalq faktorundan dəstək yoxdur

Bunun isə səbəbləri çoxdur. Amma bunu təkcə şəxsi ambisiyalara, yaxud da iqtidar tərəfindən edilən təzyiqlərə və demokratik təcrübənin az olması ilə də izah etmək olmaz.
Düzdür, bu amillər də var və bunların hər biri real elementlərdir. Ancaq əsas odur ki, bu partiyaların və blokların birliyini təmin etmək üçün xalqın dəstəyi yoxdur. Bu isə, onunla nəticələnir ki, müxtəlif dönəmlərdə situativ, müxtəlif təzyiqlər qarşısında hansısa məqsədlər - seçkilərdə iştirak üçün yaranan birliklər, qısa müddətdən sonra, yəni həmin məqsəd başa çatandan sonra pozulur. Baş verənləri isə, qısa şəkildə, məhz belə təhlil etmək olar - siyasətdə daimi dost və daimi düşmən anlayışı olmasa da, dağıdıcı düşərgədə bu amil qəbulolunmazdır. Yəni "dost" kimi görünüb, düşmən kimi ayrılmaq... "

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər