Müxalifət

  • 14 529

Razi Nurullayev Müsavat və AXCP-nin ünvanına sərt ittihamlar səsləndirdi!

image

2015-ci ilin fevral ayında AXCP-dən istefa verən Razi Nurullayevlə Ə.Kərimli arasında bu günə qədər də qarşılıqlı ittihamlar davam edir. Vaxtilə AXCP-də sədr müavini postunu tutan R.Nurullayev partiyadan ayrılandan sonra AXCP-də yeni kütləvi istefalar başlamışdı. İstefa verənlərin əksəriyyəti Ə.Kərimlini yarıtmaz və məntiqsiz addımlarına görə ittiham edərək, partiyanı tərk etmişdilər. Elə R.Nurullayev də Ə.Kərimlinin fəaliyyətinin yalnız sosial şəbəkələr çərçivəsində məhdudlaşdığını bəyan edərək, onu sərt şəkildə tənqid etmişdi. Hətta o, Ə.Kərimlinin Facebookda 120-ə yaxın saxta profillə şantaj xarakterli məlumatlar yaydığını bəyan eləmişdi. Partiyadan ayrılandan sonra əsl AXCP-nin sədri olduğunu iddia edən R.Nurullayev Ə.Kərimlini "Yurd" sədri adlandırdı.

R.Nurullayev özünü "ana müxalifət" adlandıran dağıdıcı müxalifət partiyalarının mövcud vəziyyətindən danışıb. O, dağıdıcı müxalifət partiyalarını fəaliyyətsizlikdə, sədrlərini isə səriştəsizlikdə, qısqanclıqda və özbaşınalıqda ittiham edib. O, dağıdıcı müxalifət partiyalarının hazırkı durumundan danışaraq bildirib ki, müxalifət "lider"ləri, xüsusən də, "Milli Şura" ətrafında birləşən təşkilatlar, sadəcə, öz ömürlərini uzatmaq üçün çalışırlar: "Misal üçün Əli Kərimli ilə bir partiyada olan zaman manqurtlaşmadım, zombiləşmədim, onun təsir dairəsinə düşmədim. Ə.Kərimli cəmiyətdə parlamaq istəyən insanları görəndə, qısqanclıq onu boğurdu. O, insanlara qarşı bütün çirkin "resurs"larını işə saldı. Biz də özümüzü müdafiə etmək və partiyanı qorumaq üçün hərəkətə keçdik. Bu gün mənim üçün və partiyamın üzvləri üçün Əli Kərimli AXCP-dən uzaqlaşdırılmış bir şəxsdir. O, artıq "Yurd" sədridir. AXCP buradadır".
R.Nurullayev Müsavat partiyasının da hazırkı acınacaqlı durumda olmasına münasibət bildirib: "Müsavatdan da xeyli qopmalar oldu, kütləvi istefalar başladı. Oradan çıxanların da hərəsi bir partiyaya getdi. Bu gün Müsavat partiyasının nüfuzu yoxdur". Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı qəzetimizə açıqlamasında R.Nurullayevin Müsavat partiyası haqqındakı fikirlərinə qısa şəkildə münasibət bildirib. O, qeyd edib ki, R.Nurullayev, ilk öncə, kim olduğunu, adını, soyadını müəyyənləşdirsin: "Mən onu ciddi bir adam hesab etmədiyimə görə, başqa heç nə deyə bilmərəm. Ancaq yaxşı olardı ki, getsin AXCP-dən, vaxtilə təmsil olunduğu, indi rəhbərlik etdiyi kiçik qruplaşmadan danışsın". Göründüyü kimi, G.Aslanlı "getsin vaxtilə təmsil olunduğu partiyadan danışsın" deməklə, təkcə R.Nurullayevə cavab vermir, həmçinin, AXCP-yə və Ə.Kərimliyə qarşı olan münasibətini də sərgiləyir. Bu da başadüşləndir, çünki Ə.Kərimlini saxtakarlıqda ən çox ittiham edənlərdən biri də, məhz G.Aslanlıdır.
Alternativ AXCP-nin sədri R.Nurullayev Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin də ünvanına sərt fikirlər səsləndirib. O, qeyd edib ki, Araz Əlizadənin rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının sosial demokratiyadan xəbəri yoxdur. Onun özü də sosial demokratiyadan və siyasətdən xəbəri olmayan bir insandır. İşi-gücü onu-bunu alçaltmaqdır. Bu gün Sosial Demokrat Partiyasının sosial bazası yoxdur. Hər kəs Araz Əlizadəyə nifrət edir.

Samir

Digər xəbərlər