Müxalifət

  • 16 190

Müxalifət 2018-ci ilə dağınıq və pərakəndə halda gedir

image

Mais Səfərli: "Bundan sonra da müxalifəti uğursuzluqlar gözləyir" "

Müxalifətin daxili qarşıdurmalar fonunda diqqətçəkən məqam ondan ibarətdir ki, 2017-ci il düşərgə təmsilçiləri üçün son dərəcə uğursuz oldu. Hətta müəyyən mənada, demək olar ki, müxalifət partiyaları əvvəlki illərlə müqayisədə daha acınacaqlı və böhranlı vəziyyətlə üzləşdilər. Nəticədə, bəzi partiyalar qopmalara və kütləvi istefalara məruz qaldı. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs"" qəzetinə açıqlamasında bildirdi ki, 2017-ci ilin müxalifət üçün uğursuz olmasının səbəbi liderlərin yanlış və səhv siyasət aparmalarıdır. Onun dediyinə görə, partiya sədrlərinin xarici qüvvələrin maraqlarına uyğun pozucu siyasət aparmaları düşərgənin son dərəcə kritik durum yaşamasına gətirib çıxarıb: "Ümumiyyətlə, son 25 ildə müxalifət təmsilçiləri üçün hər hansı uğurlu il olmayıb. Demək olar ki, bundan sonra da müxalifəti uğursuzluqlar gözləyir. Müxalifət düşərgəsini təmsil edən şəxslərin uğursuzluğa düçar olmalarının səbəbi isə, məhz partiya sədrlərinin yanlış siyasət aparmalarıdır. Bu günə qədər onlar ölkədə keçirilən bütün seçkiləri uduz-uduza gəlirlər. Belə olan halda da, müxalifət təmsilçilərinin hər hansı bir nailiyyətindən danışmağa heç bir əsas yoxdur və ola da bilməz. İlk öncə, müxalifət partiya sədrləri öz partiyaları daxilində olan problemlərin həlli ilə məşğul olmalıdırlar. O cümlədən də, aralarında olan didişmələrə son qoymalıdırlar. Çünki onlar heç öz düşərgələri daxilində də bir-birini qəbul etmirlər. Belə olan halda, onların hansı uğurlarından söhbət gedə bilər? Əlbəttə, heç bir uğurlarından. Bir sözlə, uğursuzluğa dücar olmaq müxalifətin alın yazısıdır".
Partiya sədri, onu da bildirdi ki, bu gün müxalifətin əsas işi xaricdə olan havadarlarından maliyyə yardımları almaq və həmin yardımların qarşılığında Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmağa cəhd etməkdən ibarətdir: "Məhz müxalifətin bu cür iyrənc əməllərə əl atmasının nəticəsidir ki, onlar xalqın gözündən tamamilə düşüblər. Ümumiyyətlə, müxalifət təmsilçiləri, özləri də çox gözəl bilirlər ki, onların bundan sonra nəyə isə nail olmaları mümkün deyil. Bu baxımdan, yemlərinin kəsilməməsi və boş qalan ciblərini doldurmaq üçün xaricdə olan havadarlarının tapşırıqlarını yerinə yetirməklə məşğul olurlar. Ancaq onların nə etmələrindən və nə istəmələrindən asılı olmayaraq, heç vaxt ölkəmizlə bağlı olan planları baş tutmayacaqdır".
M.Səfərlinin sözlərinə görə, qarşıdan gələn 2018-ci il də 2017-ci il kimi müxalifət üçün uğursuz il olacaq: "Bu uğursuzluqlarının kökündə də, məhz onların gördüykləri yaramaz işlər durur. Bir sözlə, müxalifətin bu 25 ildə həyata keçirə bilmədiyi xəyalları nəyinki 2018-ci ildə, heç 2019-2020-ci illərdə belə reallaşa bilməyəcəkdir".

GÜLYANƏ

Digər xəbərlər