Müxalifət

  • 82 750

İlqar Məmmədov “dilənir”, yoxsa..? ANALİTİK + FOTOFAKT

image

REAL-çı sədr xaricdən aldığı qrantlarını bu vasitə ilə pərdələməyə çalışır

Sirr deyil ki, hazırkı dövrə qədər bir sıra müxalifətyönlü təşkilatlar xarici ölkələrdə fəaliyyət göstərən müəyyən anti-Azərbaycan məqsədli dairələrdən qeyri-qanuni şəkildə qrantlar əldə edirlər. Ölkəmizdə qrantların əldə edilməsi ilə bağlı tənzimlənmiş və mövcud qanunların olduğu halda, həmin qanunları tapdayaraq keçən müxalifət təşkilatları müxtəlif manipulyasiyalarla törətdikləri qanun pozuntularını gizləyirlər. Biz dəfələrlə AXCP, Müsavat və s. müxalifət partiyalarının, eləcə də, fəaliyyətləri siyasi amillərə söykənən QHT-lərin qeyri-qanuni şəkildə qrant əldə etmələrinin şahidləri olmuşuq. Lakin buna baxmayaraq, bəlli təşkilatlar bu gün də müəyyən edilmiş qanun çərçivələrini pozur, manipulyativ vasitələrlə maddi gəlirlərini təmin etmək üçün çoxsaylı fırıldaqlara əl atırlar.
İlqar Məmmədov olarkən bloqunu hansı maliyyə hesabına saxlayıb?
Onlardan biri də REAL partiyası və bu siyasi təşkilatın sədri İlqar Məmmədovdur. Bu, həmin İ.Məmmədovdur ki, özünün də etiraf etdiyi kimi, 2006-cı ildən işlətdiyi bloqunun məhz maliyyə vasitələri ilə saxladığını etiraf edir. Üstəlik, hələ həbsdə olarkən belə, bloqunda 90-dan çox məqalə yazdığını bildirir və bunun üçün resurs-maliyyə xərcləndiyini bildirir. Necə deyərlər, “kor-kor, gör-gördür” ki, bu adam faktiki olaraq, bloqunu maliyyə hesabına ayaqda saxladığını deyir. Bu zaman suallar yaranır ki, həbsdə olarkən bloqunu hansı maliyyə hesabına saxlayıb? Hansı dairələrdən maliyyə alaraq, həmin vəsaitləri Azərbaycan dövlətinin əleyhinə yönəldib? Yaxud, maliyyə aldığı dairələrlə bağlı hər hansı hesabat təqdim edə bilərmi? Əlbəttə ki, bu sualların cavablarını vermək İ.Məmmədova sərf etməz. Çünki özü də yaxşı bilir, anlayır ki, fəaliyyəti Azərbaycan dövlətinin, xalqının maraqlarına tamamilə ziddir.
REAL sədri “bir güllə ilə iki dovşan vurmağa” çalışır?
Beləliklə, bloqunun fəaliyyətini davam etdirmək üçün, daha doğrusu aldığı gizli qrantları pərdələmək üçün ictimaiyyətə sosial şəbəkə üzərindən müraciət edən REAL sədri “bir güllə ilə iki dovşan vurmağa” çalışır. Yəni ondan soruşularsa ki, bloqunu hansı maliyyə imkanları hesabına saxlayırsan, o da cavab verəcək ki, ianələr hesabına. Beləliklə, əldə etdiyi qrantlarını ianə adı ilə əvəzləyib, xarici təşkilatlardan aldığı maddi vəsaitləri dövlət əleyhinə yönəlcədək. Eyni zamanda, ianələr də onun cibini cırmayacaq. Əlavə pul-para ona mane olmaz...Yeri gəkmişkən, İ.Məmmədovun illər öncələrə söykənən fəaliyyəti haqqında bir sıra faktları araşdırdıqca, bir daha əmin olmaq mümkündür ki, bu şəxs əzəl vaxtdan anti-Azərbaycan xarakterli baxışa malik olub. İnternetdə İ.Məmmədovla bağlı hadisələri araşdırarkən, 2013-cü ildə dərc edilmiş maraqlı bir fakt nəzərimə çarpdı.Misal üçün, Moskva Dövlət Universitetinin tələbəsi olmuş azərbaycanlılardan biri bildirib ki, 1988-ci ildə, Dağlıq Qarabağ ətrafında məsələlər qızışdığı dövrdə, MDU-nun birinci humanitar korpusunun leksiya zallarından birində ermənilərin təşkilatçılığı ilə "Karabax nasa bol, nasa peçal" (“Qarabağ, bizim ağrı, bizim kədər”) mövzusunda dinləmələr təşkil olunub (mənbə: http://olaylar.az/news/siyaset/30187)
İlqar Məmmədov ermənilərdən üzr istəyib!
Qeyd olunur ki, Sumqayıt hadisələrindən dərhal sonra təşkil edilmiş bu tədbirdə erməni müəllim-tələbə heyəti, universitetin digər tələbələri iştirak ediblər. Həmin vaxt müzakirələrin hansı istiqamətə yönəldiləcəyini ehtimal edən azərbaycanlı tələbələr də müzakirələrə qatılıblar. Dinləmələrdə çıxış edən ermənilər və onların tərəfdarları Azərbaycanı kəskin tənqid ediblər, azərbaycanlılar haqqında "qaniçən", "qəddar", "geridə qalmış", "barbar" və s. təhqiramiz ifadələr işlədiblər. Tədbirə qonaq qismində dəvət olunmuş "Oqonyok" jurnalının Çernov soyadlı əməkdaşının (onun 1998-2003-cü illərdə jurnalın baş redaktoru vəzifəsində çalışmış Vladimir Çernov olduğu ehtimal edilir) ermənilərdən də kəskin çıxış etməsi, azərbaycanlı tələbələrin emosional etirazına səbəb olub. Onlar Çernovun sözünü kəsiblər və faktiki olaraq onu danışmağa qoymayıblar. Tədbir başa çatdıqdan sonra həmin dövrdə universitetin tarix fakültəsinin tələbəsi olan İlqar Məmmədovun Çernova yaxınlaşaraq "azərbaycanlıların qeyri-etik davranışına" görə ondan və onun yanında dayanan, tədbirin təşkilatçısı olan ermənidən üzr istədiyi bildirilir.Qeyd olunur ki, İ.Məmmədov həmişə azərbaycanlı tələbələrdən kənarda dayanıb, onlarla ünsiyyət qurmaqdan çəkinib, həmyerlilərimizin ümumi tədbirlərinə qatılmayıb. İ.Məmmədovun Azərbaycana qayıtdıqdan sonra bu qədər siyasi fəallıq göstərməsinin onun üçün də gözlənilməz olduğunu deyən mənbənin fikrincə, bunun arxasında başqa motivlər dayanır.
REAL sədrinin AMİP dövrü da müəmmalarla doludur...
İ.Məmmədovun AMİP-dəki fəaliyyəti ilə də bağlı ilginc faktlar mövcuddur. AMİP-dəki mənbə isə deyib ki, Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra İ.Məmmədov Budapeştdə Mərkəzi Avropa Universitetində təhsilini davam etdirib. Həmin ali məktəbdə təhsil aldığı dövrdə İ.Məmmədovun Qərbin müəyyən xüsusi orqanlarının və ya təşkilatlarının maraq dairəsinə düşməsi ehtimal olunur. Azərbaycana qayıtdıqdan sonra o, BDU-da çalışır, eyni zamanda ABŞ-ın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq etməyə başlayır. Bildirilir ki, İ.Məmmədovun AMİP-ə yerləşdirilməsi və onun partiya sədrinin müavini vəzifəsinədək irəli çəkilməsində ABŞ səfirliyinin marağı olub. Belə ki, səfirlik İ.Məmmədov vasitəsilə həmin dövrdə ölkənin aparıcı müxalifət partiyalarından biri olan və kifayət qədər fəallıq nümayiş etdirən AMİP-i və onun sədri Etibar Məmmədovu nəzarətə götürməyə çalışıb. Maraqlıdır ki, 2003-cü il prezident seçkilərindən sonra AMİP-in fəaliyyətində durğunluq meylləri gücləndi və E.Məmmədovun partiya sədri postunu tərk edəcəyi barədə məlumatlar yayıldıqdan sonra İ.Məmmədov öz vəzifəsindən istefa verdi. Nəticədə İ.Məmmədovun fəaliyyətini idarə edən dairələr onun AMİP-də qalmasının səmərə verməyəcəyini düşünərək İ.Məmmədovu başqa istiqamətdə fəallaşdırdılar. Bundan əvvəl isə o, ABŞ-ın Azərbaycandakı səfirliyində işə götürüldü. Təsadüfi deyil ki, 2003-2007-ci illər arasında İ.Məmmədovun fəaliyyəti haqqında çox az məlumata rast gəlinir. Hətta internet araşdırmamız da qənaətbəxş nəticə vermir.
İlqar Məmmədov Soros dayısının sözəbaxan uşağı da olub
Lakin 2007-ci ildən başlayaraq İ.Məmmədovun Qərb institutları ilə açıq şəkildə yaxın əməkdaşlıq əlaqələri qurulur. Əvvəlcə o, Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin təsisçilərindən biri olur. Sonra isə ABŞ-ın Regional Əməkdaşlıq naminə Qara Dəniz Fondunun Məsləhət Şurasına, beynəlxalq təşkilat olan Gəlirlərə Nəzarət İnstitutunun Məsləhət Şurasına üzv seçilir. Paralel olaraq 2006-cı ildən etibarən Soros Fondunun Azərbaycan bölməsinin idarə heyətinin üzvü təyin edilir. Deyilənə görə, İ.Məmmədov çevrəsində Soros dayısının sözəbaxan uşağı kimi tanınıb.
Daim ABŞ dairələrinin diqqətində...
2008-ci ildə isə məhz ABŞ-ın Azərbaycandakı səfirliyinin nəzarəti ilə Respublikaçı Alternativ (REAL) hərəkatı yaradılır və İ.Məmmədov onun rəhbəri olur. Bütün bunlar və İ.Məmmədovun Avropa Şurasının Bakı Siyasi Biliklər Məktəbinin direktoru vəzifəsinə gətirilməsi, onun fəaliyyətinin Qərb dairələri tərəfindən idarə olunduğu qənaətini möhkəmlədir.Beləliklə, fakt budur ki, İ.Məmmədov fəaliyyətinin əsas hissəsini Azərbaycanın maraqlarına cavab verməyən siyasət üzərində qurub, hətta onun ermənilərə loyallığı da dəfələrlə sübuta yetirilib. Lakin görünən faktlardan biri də budur ki, hazırda İ.Məmmədovun kəskin fəallığı ona verilən yeni təlimatla bağlıdır. Qərb dairələri isə, REAL sədrinin proseslərə nüfuz etməsinə və önəmli siyasi fiqur imici qazanmasına çalışırlar. O cümlədən, İ.Məmmədov “ianə” adı altında xarici dairələrin ona xərclədiyi maddi vəsaitləri gizlətməyə, bu vasitə ilə fəaliyyətini davam etdirməyə cəhd göstərir. Lakin onun bu siyasi fırıldağının keçməyəcəyini bəri başdan ehtimal etmək mümkündür.

sia.az

Digər xəbərlər