Siyasət

  • 4 631

"Rusiya-NATO görüşünün Bakıda keçirilməsi ölkəmizin siyasi nüfuzundan xəbər verir" AÇIQLAMA

image

Ötən gün Bakıda Rusiya-NOTA arasında keçirilən görüş bütün dünya mətbuatının və ciddi siyasi dairələrin diqqətində idi. Rusiya-NATO münasibətləri həmişə diqqəti çəkib və son dövrlər onlar arasında yaşanan müəyyən problemlər həllini tələb edir. Bu baxımdan görüşün harada keçirilməsinin texnikidən daha çox siyasi əhəmiyyəti var”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Dünyada artıq qəbul edilən müəyyən diplomatik mərkəzlərin olduğunu deyən deputat söyləyib ki, bura Paris, Cenevrə, Brüssel bəzi hallarda digər Avropa ölkələri daxildir: “ Lakin son dövrlər isə Azərbyacanın iki böyük görüşün mərkəzinə çevrilməsi ölkəmizin dünyada qazandığı yüksək siyasi nüfuzdan xəbər verir. Azərbaycan demokratik, əməkdaşlıqda arzuolunan ölkə imici qazanıb. Bu da şübhəsiz ki, ölkənin apardığı siyasi kursla bağlıdır. Ulu Öndər Heydər Əliyevin gələcəyə istiqamətlənən Azərbaycan modeli fəlsəfəsi ortaya qoyması, hazırda Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət yeritməsi, ölkəmizin bütün sahələrdə böyük nailiyyətlər əldə etməsi diqqəti cəlb edir. Bunun nəticəsidir ki, artıq ölkəmiz beynəlxalq tədbirlər məkanına çevrilib”.A. Mirzəzadə qeyd edib ki, ölkəmizdə keçirilən siyasi görüşlərlə yanaşı, idman tədbirlərinin sayı hesabı yoxdur: “Hesab edirəm ki, ötən günkü görüş iki rəqib qüvvənin Azərbaycana eyni dərəcədə hörmətlə yanaşdıqlarını göstərir. Əlbəttə tərəflərin heç biri digərinin müttəfiqi olan ölkədə görüş keçirmək istəməz. Çünki, bununla o digərinin ondan üstün olduğunu vurğulamış olardı. Lakin Azərbaycan həm NATO, həm Rusiya, həm də digər ölkələrlə çox yaxşı dostluq münasibətlərinə malikdir. Azərbaycan həm öz maraqlarını qoruyur, həm də digər ölkələrlə apardığı siyasətdə beynəxalq birlikdə stabilliyə kömək edən amillərə dəstək verir. Ümumən götürdükdə isə Azərbaycan artıq nüfuzlu bir məkan kimi qəbul edilir. Bunu həmin ölkələrin rəsmiləri ilə yanaşı, ekspertləri də xüsusi vurğulayırlar. Düşünürəm ki, ötən gün Bakıda baş tutan görüş sonuncu deyil, bundan sonra da Azərbaycanda vaxtaşırı görüşlərin keçirildiyinin, tədbirlərin planlaşdırıldığının həmçinin Azərbaycan brendli xidmətlərdən təhsildən, səhiyyədən istifadə edildiyinin dəfərlərlə şahidi olacağıq”.Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel arasında Bakıda görüş keçirilib.

sia.az

Digər xəbərlər