Siyasət

  • 3 588

YAP Lacin rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib

image

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar partiyanın Lacin rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib.Aksiyada YAP Lacın rayon təşkilatının İdarə Heyəti və Şurasının, həmçinin Qadınlar Şurasının və Gənclər Birliyinin üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.Aksiyada Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində sosial-ictimai obyektlərin həyətlərinə 1000 ədəddən artiq ağac, gül kolu əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib, onların suvarılması təmin olunub. Ağacların inkişafı üçün gübrələr verilərək yeni su xətti çəkilib.YAP Lacin rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, bu tədbirlər gələn ilin mart ayına kimi davam etdiriləcək. Onun sözlərinə görə, “Hərəyə bir ağac əkək” kampaniyası ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir.

yap.org.az

Digər xəbərlər