YAP Zərdab rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümü qeyd olunub

YAP Zərdab rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstləri qoyublar.
Tədbirdə Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova partiyanın 26 illiyinə həsr olunmuş "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" mövzusunda məruzə ilə çıxış edib. P.Mahmudova qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Onun sözlərinə gör, bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atır.
Tədbirdə həmçinin Zərdab rayon İcra Hakimiyyətinin başçisi Lütvəli Babayev çıxış edərək partiyanın 26 illik fəaliyyəti barədə fikirlərini bildirib.
Daha sonra YAP Zərdab rayon təşkilatının Şura üzvləri Ələkbər Kərimov, Qafur Məmmədov və digərləri partiyanın yaranma tarixi, bu günki fəaliyyəti haqqında çıxış ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında daha fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərmanlar və hədiyyələr verilib. Eləcə də, YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim edilib.

yap.org.az