Siyasət

  • 2 707

"2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb" MÖVQE-ÖZƏL

image

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər keçirilir. 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb və dövlət siyasətinin prioritetləri sırasında olub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılması olduğunu dilə gətirən deputat söyləyib ki, buna bariz nümunə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin son iclasında qeyd edildiyi kimi 2018-ci ildə 5800-dən çox köçkün ailəsinə yeni ev və mənzillər verilməsidir:“Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında söylədiyi kimi bu, son illər ərzində rekord göstəricidir. Ölkə başçısı həmçinin bildirdi ki, 2018-ci ildə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib və 2019-cu ildə bu rəqəmlər daha da artacaq, məcburi köçkünlər üçün yeni şəhərciklər tikiləcək. Bütün bunlar dövlət başçısının bu kateqoriyadan olan insanlara, bütövlükdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara qayğısının əyani nümunəsidir”.M Quliyev vurğulayıb ki, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələsi daim diqqət mərkəzindədir: “Azərbaycan Prezidenti növbəti dəfə dövlət başçısı seçildikdən sonra ilk fərmanı da vətəndaşların sosial müdafiəsi ilə bağlı olub”.2018-ci ildə Azərbaycanın milli valyutasının digər xarici valyutalara nisbətən sabit qaldığını deyən deputat qeyd edib ki, bu il inflyasiya aşağı səviyyədə, əhalinin gəlirləri isə inflyasiyadan bir neçə dəfə yüksək olub: “Azərbaycan Prezidentinin hökumətin iclasında söylədiyi kimi ötən il əhalinin pul gəlirləri 9,2 faiz artıb. Bu da nəticə etibarı ilə vətəndaşlarımızın sosial rifahın daha da yaxşılaşdırıb. Ümumiyyətlə, respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Son illərdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı davamlı iqtisadi inkişafı səviyyəsinin yüksəlməsi ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə və son nəticədə insanların maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib”.

sia.az

Digər xəbərlər