PDF Oxu

Siyasət

  • 5 207

YAP İcra Katibliyində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov mətbuat konfransı keçirib

image

Sentyabrın 19-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov mətbuat konfransı keçirib.

Mətbuat konfransının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi ərəfəsinə təsadüf etdiyini deyən P.Şahbazov bu münasibətlə təbriklərini çatdırıb, Azərbaycan neftçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib: “25 il əvvəl “Əsrin müqaviləsi”nin imzalanması çox əlamətdar hadisə idi. Bu müqavilə mürəkkəb bir dövrdə imzalandı. Çünki həmin illərdə siyasi gərginlik, iqtisadi tənəzzül var idi. Belə bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması yalnız və yalnız Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti və dünyadakı nüfuzu nəticəsində baş verdi.”
P.Şahbazov qeyd edib ki, “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Onun sözlərinə görə, bu layihə vasitəsilə Azərbaycan beynəlxalq neft sənayesində öz imzasını atdı və dünya neft bazarında öz yerini tutdu. ““Əsrin müqaviləsi” Azərbaycanın sosial-iqtisadi inkişafının əsasını təşkil etməklə yanaşı beynəlxalq müstəvidə də mövqelərini möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası bu gün Azərbaycanı daha da gücləndirir”-deyən nazir əlavə edib ki, bu layihə bu günə qədər ölkəmizə 143 milyard dollardan çox gəlir qazandırıb.
Nazirin sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" istismara veriləndən indiyə kimi 492 milyon ton neft və 161 milyard kubmetr qaz hasil edilib. Cari ilin 8 ayı da nəzərə alınmaqla, son 25 ildə orta hesabla ölkəmizdə 740 milyon ton neft hasil edilib, neft sənayesinə 101 milyard dollar investisiya qoyulub.
Bu ilin 8 ayında isə ölkəmizdə 25,1 milyon ton neft hasil edilib, onun da 20,2 milyon tonu ixrac edilib.
Nazir daha sonra energetika sektorunda görülən işlər barədə geniş məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.

yap.org.az

Digər xəbərlər