Bakıda ilk dəfə “IMAGINE” Avropa Tolerantlıq Festivalı keçiriləcək

Bu il oktyabrın 12-20-də Bakıda “IMAGINE” Avropa Tolerantlıq Festivalı keçiriləcək.

Festival çərçivəsində müxtəlif musiqilər səsləndiriləcək, müzakirələr və debatlar təşkil olunacaq, film nümayişləri, foto və video müsabiqələri, sərgilər və digər tədbirlər keçiriləcək. Həmçinin Avropa tolerantlığı barədə 15 sənədli filmin nümayişi və fotosərginin keçirilməsi planlaşdırılır. Tədbir çərçivəsində azərbaycanlı rejissor-dokumentalistlərin filmləri nümayiş və müzakirə olunacaq.
“IMAGINE” Avropa Tolerantlıq Festivalının əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.
“IMAGINE” Avropa Tolerantlıq Festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, quruma üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, “Park Cinema”, “Landmark Hotel”, “DocuBaku”, “United Cultures”, Baku Media Centre, “YARAT” ilə birgə əməkdaşlıq çərçivəsində və “Turkish Airlines” aviaşirkətinin dəstəyi ilə təşkil olunacaq.
Qeyd edək ki, Avropa Tolerantlıq Festivalı Bakıda Avropa İttifaqının əsasını qoyan Roma sazişinin imzalanmasının 60 illiyi münasibətilə keçiriləcək.

yap.org.az