1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikanın bölgələrində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi prosesi davam etdirilir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, son iki gündə müxtəlif rayon və şəhərlərdə daha 200-dən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin edilib. Onlar əsasən kənd təsərrüfatı sahələri üzrə kiçik ailə təsərrüfatlarını qurublar.Aztəminatlı ailələrin özünüməşğulluq proqramının imkanlarından faydalanmaqla fərdi təsərrüfatlar qurması onların dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına imkan verib. Bu, eyni zamanda, ölkədə qeyri-neft sektorunun inkişafına, məhsul istehsalının artımına da əlavə dəstəkdir.Ümumilikdə cari ildə özünüməşğulluq proqramı çərçivəsində respublikamızın rayon və şəhərlərində artıq 1100-dək kiçik ailə təsərrüfatı yaradılıb.

sia.az