Analitika

  • 8 155

Vilayəti nə demək istəyib? TƏRS BAXIŞ+ÖZƏL

image

Yaxud, ox öz yayından çoxdan çıxıb...

Noyabrın 20-də bir qolu SEPAH-a bağlı olan İranın Tasnim informasiya agentliyi kifayət qədər diqqət çəkən və özündə bir sıra müəmmalar doğuran məlumatla çıxış edib. Daha dəqiq desək, məlumatda İranın ali dini lideri Xamneyinin beynəlxalq işlər üzrə məsləhətçisi Vilayətinin Azərbaycanla bağlı fikirləri qeyd olunub. İlk baxışdan Vilayətinin fikirləri bir növ son vaxtlar tərəflər arasında yaranmış gərniliyin aradan qaldırılması yönündəki mesaj təsirini bağışlaya bilər. Ancaq digər tərəfdən baxdıqda, yaxud təhlil edildikdə onun görünməyən tərəfləri üzə çıxmağa başlayır. Bir sıra yerli agentliklər Vilayətinin fikirlərinin nədənsə “yumşaq” tərəflərini ictimailəşdiriblər, məsələn, “Azərbaycan bizim gözümüzün işığıdır”, ya da “Azərbaycana hücum olarsa İran yardım edəcək” və s... Ancaq sən demə bu fikirlərin başqa tərəfi də var imiş..!
Vilayətinin fikirləri ilə sərhədlərimizdə Araz çayı üzərinə panton körpü açmaq kimi hərbi təlimlər keçirilməsi faktı üst-üstə düşmür
Misal üçün, Vilayətinin “Baxmayaraq ki, bizimlə Arazın şimalında yaşayan azərbaycanlılar arasında ayrılma mövcuddur, biz sərhədləri silməyə və hər hansı yeri tutmağa cəhd etmirik” fikirləri ilə bu yaxınlarda onun ölkəsinin sərhədlərimizdə Araz çayı üzərinə panton körpü açmaq kimi hərbi təlimlər keçirilməsi faktı üst-üstə düşmür.Keçək digər ikibaşlı fikirlərə: “Azərbaycan İranın mühüm hissəsi kimi olub, qalır və bundan sonra da qalacaq... Hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı isə azərbaycanlıdır, hətta baxmayaraq ki, azərbaycanlı və iranlı İranın hüdudlarından kənardadırlar və başqa pasport daşıyırlar”.İlk növbədə Azərbaycan əsla və heç vaxt İranın mühüm hissəsi olmayıb, bundan sonra da olmayacaq və hər bir azərbaycanlı iranlı ola bilməz, bu ümumiyyətlə mümkün deyil. Mümkündür ki, İrandakı mollakratiya rejiminə satılmış dırnaqrarası azərbaycanlılar istər İranda, istərsə də İrandan kənarda xainlik edirlər, amma bunu bütövlükdə Azərbaycan xalqının adına yazmaq yolverilməzdir!

Onun ixtisar olunmuş fikirlərində Azərbaycanın dahi şairi Nizami Gəncəvi “dahi fars şairi” kimi göstərilib
Vilayətinin ixtisar olunmuş fikirlərində Azərbaycanın dahi şairi Nizami Gəncəvi “dahi fars şairi” kimi göstərilib, hətta bildirilib ki, sən demə ruslarla müharibələr fars taxt-tacının varisinin rəhbərliyi altında aparıblarmış (?!).Vilayəti bu yaxınlarda ölkəsinin XİN rəhbəri Abullahiyanın, eləcə də ölkə rəhbərliyinin Azərbaycana qarşı təhdid dili ilə danışmasını da nədənsə unudub. Halbuki rəsmi Tehran açıq-aşkar Zəngəzur dəhlizinə qarşı olduğunu bəyan edir! Hər halda, “Əgər regionun hər hansı bir ölkəsi İranın şimal-qərbində təhlükəsizliyi və sərhədləri pozmağa cəhd edərsə biz mütləq buna qarşı çıxacağıq və ona mane olacağıq” bəyanatını da İranın XİN başçısı Ermənistana rəsmi səfəri zamanda bəyan etmişdi. Təkcə bu faktın özü Tehranın Bakıya qarşı açıq təhdidi anlamını daşıyır!
Azərbaycan müstəqil ölkədir və hər hansı digər ölkənin yersiz tələblərinə ümumiyyətlə ciddi baxmır, baxmayacaq da!
Bu gün İranın başıəmmaməli başbilənləri İsraili nəzərdə tutaraq “sionistlərlə” əməkdaşlıq məsələsini ortaya atır. Tehran Bakının İsraildə səfirlik açması qərarından da nədənsə qeyzə gəlir və Vilayəti onu da unudur ki, Azərbaycan müstəqil ölkədir və hər hansı digər ölkənin yersiz tələblərinə ümumiyyətlə ciddi baxmır, baxmayacaq da!Beləliklə, Vilayətinin sözügedən yanaşma tərzi yalnız Bakıya deyil, həm də İslam və şiəlik pərdəsi altında mənfur siyasət yürüdərək əslində fars şovinizminə söykənən mollakratiya rejiminə qarşı azadlıq mücadiləsi aparan Cənubu Azərbaycan soydaşlarımıza tərəf yönəlib. Tehran rejimi məhz özlərini “azərbaycanlı” adlandıran nökərlərini ortaya ataraq bu vasitə ilə nər hansı uğur qazanacaqlarını düşünürlər. Fəqət, ox öz yayından çoxdan çıxıb...
Rövşən RƏSULOV

Digər xəbərlər