Analitika

  • 8 202

Ruben Vardanyan müharibədən danışdı, amma... TƏRS BAXIŞ+ÖZƏL

image

Bu kimi hay-küylərin əsasında dayanan əsas maraqlardan biri də beynəlxalq aləmin “humanitar böhran yaratmaq” adı altında Bakıya qarşı təzyiqlərin göstərilməsinə hesablanıb

Şuşa-Laçın-Xankəndi yolu üzərində ekoloqlarımızın və vətəndaş cəmiyyəti fəallarımızın məlum tələblər üzərində qalmağa davam etmələri və qətiyyətli dayanışma nümayiş etdirmələri və bunun müqabilində Rusiya sülhməramlıları kontingentinin (RSK) hər iki istiqamətdə yolu bağlamaları Xankəndidəki separatçıların növbəti hay-küyləri ilə müşahidə olunmaqdadır. Maraqlıdır ki, bu kimi hay-küylərin əsasında dayanan əsas maraqlardan biri də beynəlxalq aləmin “humanitar böhran yaratmaq” adı altında Bakıya qarşı təzyiqlərin göstərilməsinə hesablanıb. Əbəs deyil ki, son vaxtlar Kanada, ABŞ, Fransa, Yunanıstan, Litva və s. kimi ölkələr Azərbaycana qarşı ədalətsiz çağırışlar etməklə guya yaranmış “böhranın” rəsmi Bakı tərəfindən yaradıldığını iddia edirlər.
Yolu isə məhz RSK bağlayıb!
Söz yox ki, bu məsələdə açıq-aşkar ermənipərəstlik mövqeləri dayanmaqdadır və paralel olaraq erməni lobbisinin canfəşanlığını da istisna etmək olmaz. Ancaq fakt heç zaman dəyişilmir və həmin fakt budur ki, Azərbaycan fəalları Şuşa-Laçın-Xankəndi yolu üzərində bütün dünya tərəfindən tanınan ərazilərimizdə ekologiyamıza vurulan külli miqdardakı ziyanların, faydalı qazıntılarımızın qanunsuz istismarının, o cümlədən, digər problemlərin qarşısını almaq üçün etiraz səslərini ucaldırlar. Yolu isə məhz RSK bağlayıb!Həmçinin, maraqlı məqamlardan biri də budur ki, səslənən tələblər sırasında RSK-nın komandanı Volkovun daha əvvəl verdiyi vədini yerinə yetirməməsi faktı dayanır. Daha dəqiq desək, o daha əvvəl ekoloqlarımızın faydalı qazıntıların istismar edilən ərazilərinə keçirməklə orada monitoriqnlərin aparılmasına söz vermişdisə, indi o öz sözünə nəinki əməl etmir, həm də çəkilib-kənarda dayanmaqla vəziyyətin gərginləşməsinə şərait yaradır. Üstəlik, Kremldən göndərilən cinayətkar, aferist və dələduz missioner Ruben Vardanyanın özbaşınalıqlarında da sözün əsl mənasında göz yumulur. Belə olan halda azərbaycanlı fəallar haqlı olaraq öz tələblərinin üzərində qətiyyətlə dayanır və əslində yaranmış ekoloji və s. problemin çözülməsi üçün beynəlxalq aləmin diqqətini bu məsələlərə tərəf yönəltməyə çalışırlar.
Vardanyan asqırıb indi ayılıb ki...
Yeri gəlmişkən, bugünlərdə Xankəndidə “çoxminli mitinq” keçirəcəyini vəd edən aferist Vardanyan son anda bu fikrindən vaz keçdi. Çünki yaxşı bilirdi ki, bir neçə ay əvvəl – Laçın yolu bağlı olmayan zaman Xankəndidə keçirilən mitinqə Ermənistandan avtobuslarla muzdlu insanlar gətirilmişdi, indi isə bu mümkün deyil və necə deyərlər, Vardanyan asqırıb indi ayılıb...İnsanların başlarını mitinqlə aldatmağın qeyri-mümkün olduğunu aydınlaşdıran Vardanyan yataqlarda çalışan bir neçə yüz nəfər separatçını başına yığmaqla iclas keçirib və maraqlıdır ki, o öz çıxışında açıq-aydın müharibə çağırışları səsləndirib! O, iddia edib ki, müharibə davam edir və vəziyyətdən “ağılla çıxmaq” lazımdır.Ancaq Vardanyan gerçək məqamı unudub ki, hələlik Azərbaycan tərəfi ekofəalları ilə sülhməramlı piket keçirir və tələblərin yerinə yetirilməyəcəyi halda digər üsullar, misal üçün, antiterror əməliyyatlarının başlanması kifayət qədər mümkün görünür və heç bir qüvvə, beynəlxalq mərkəzlər Azərbaycanın öz ərazilərində əməliyyatlar keçirməsinə qarşı dil uzada bilməz.
Rövşən RƏSULOV

Digər xəbərlər