Analitika

  • 7 948

Laçın yolunu bağlamaq Azərbaycanın tam suveren hüququdur - ŞƏRH

image

Artıq 10 gündür ki, eko-fəallar Şuşa-Laçın yolunda Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşı və monitorinq qrupuna Xankəndidəki qızıl mədənlərində yoxlamaların aparılması üçün şərait yaradılmasını tələb edirlər. Etiraz aksiyasının dekabrın 12-dən başlamasına baxmayaraq, hələ də Rusiya sülhməramlı kontingenti tərəfindən eko-fəalların tələbləri yerinə yetirilmir.Ermənistan və onun havadarları aksiyaya qarşı müxtəlif yollarla əks təbliğat aparmağa çalışırlar. İlk öncə müəyyən ermənipərəst dairələr aksiya iştirakçılarının Şuşa-Laçın yolunu kəsərək, Xankəndiyə giriş-çıxışı məhdudlaşldırdıqlarını iddia etdilər və həqiqət onu göstərdi ki, yol əslində Rusiya sülhməramlıları tərəfindən bağlanılıb. Daha sonra iddia olundu ki, Azərbaycan Xankəndiyə qazın verilişini kəsib, ancaq məlum oldu ki, Xankəndiyə qaz Azərbaycan tərəfindən verilmir. Aksiyanın 10-cu günündə də həmin ermənipərəst dairələr Azərbaycana qarşı öz əks təbliğatlarını aparırlar.

Şuşa-Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələrinin etiraz aksiyasının dayandırılmasını tələb edənlər bir neçə məqama xüsusi diqqət yetirməlidirlər. Bu aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və bütün tələblər obyektiv olaraq sivil məqsəd daşıyır. Çünki ekologiyanın qorunması təkcə bir ölkənin məsələsi deyil, bütün dünya ölkələrini əhatə edən qlobal bir məsuliyyətdir. Azərbaycan öz suveren ərazisində sahib olduğu təbii sərvətlərinin talanmasının qarşısını alımağına çalışır.Bu gün hüquqi dövlət olan Azərbaycanda vətəndaş cəmiyyəti fəal mövqe nümayiş etdirir və vətəndaşların maraqlarının qorunmasında, onların təmin olunmasında dövlətə yardım edir. Qərb ölkələrində, demokratik dəyərlərin üstün tutulduğu mərkəzlərdən sivil və dinc aksiyanın dayandırılmasına dair tələblər təəccüb doğurur. Eko-fəallar hansısa xarici ölkənin ərazisinə mina, silah-sursat daşıyıb, təbii sərvətlərə qarşı talançılıq törətmir. Əksinə bunu edənlərə qarşı öz etirazlarını bildirirlər. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından 2 il ötməsinə baxmayaraq, Ermənistan öz öhdəliklərini yetirmir və intensiv şəkildə Azərbaycana qarşı müxtəlif təxribatlar törədir, sülh prosesinin dinc yolla həllinin qarşısını alır. Rus sülhməramlıları nəzarət etdikləri ərazilərdə öz funksiyalarını lazımınca icra edə bilmir və Ermənistan tərəfindən təxribatların törədilməsinə göz yumur. Son aylarda işğaldan azad edilmiş ərazilərdə aşkar olunmuş minaların istehsal tarixi göstərir ki, onlar 2020-ci ildən sonra istehsal olunub. Belə olan halda Azərbaycan həm Ermənistan, həm də onun dəstəkçiləri tərəfindən tanınmış öz suveren ərazilərində təhlükəsizliyi təmin etmək üçün tam hüquqa malikdir. Vətən müharibəsində bütün ermənipərəst qüvvələr Müzəffər Ali Baş Komandan İlham Əliyevin dönməz qətiyyətinin və dəmir yumruğunun şahidi oldu. Hələ ki, tələblər sivil xarakter daşıyaraq dinc şəkildə bildirilir, Rusiya sülhməramlı kontingenti, Xankəndidəki terrorçu qruplaşma və Ermənistan rəhbərliyi əgər düşünürlərsə ki, aksiyanın uzanması onun közərməsinə gətirib çıxaracaq, onlar yanılırlar. Aksiya tələblər yerinə yetirilənə qədər, o cümlədən, Rusiya sülhməramlılarının nəzarət altında olan ərazilərdə mina, silah-sursatın daşınması, silahlı qruplaşmaların mövcudluğu aradan qaldırılana qədər davam edəcək.

Fəsli Nəbiyev,

YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər