Analitika

  • 5 653

Çarəsizliyi etiraf edən SİYASİ MEYİT – TƏHLİL

image

Maliyyə fırıldaqçısı kimi tanınan Ruben Vardanyan Qarabağda məskunlaşanda erməni əsillilərə qızıldan dağlar vəd edirdi, amma indi artıq çarəsizliyi etiraf etmək məcburiyyətində qalıb. Qarabağda yaşayan erməni əsillilərin qondarma, dırnaqarası “blokada” deyə bağırdıqları boş cəfəngiyyat bir tərəfə, indi onların ciddi böhranla üzləşdikləri barədə həmin maliyyə fırıldaqçısı dünyaya car çəkməyə başlayıb. Bəli, həqiqətən də Qarabağın erməni əsilli əhalisi ciddi böhranla üz-üzə qalıb, çünki Vardanyan kimi bir fırıldaqçı onlara çarə ola bilməzdi və olmadı da.Qarabağda yaşayan erməni əsillilər böyük çaşqınlıq içərisindədirlər və bunu indi hamıdan yaxşı bilən elə Vardanyan özüdür. Çünki onları elə bu çaşqınlığa salan da Ruben Vardanyandır və bu gün çarəsizliklərini də hamıdan yaxşı özü bilir. İndi ermənilər özləri də bilmirlər kimə inansınlar, amma bilməli idilər. Bilməli idilər ki, hansısa maliyyə fırıldaqçısı hansısa post iddiasında ola bilər, amma siyasətçi, idarəçi ola bilməz. Maliyyə fırıldaqçısı boş, əsassız olan yağlı vədlər verə bilər, amma reallıqda heç nə verə bilməz. İnsanları cəfəngiyyatla, boş-boş sözlərlə aldatmaq olar, amma həyati ehtiyaclarını təmin etmək olmaz, hansıki bunu ermənilər hamıdan yaxşı bilməli idilər.Ermənilər birinci dəfə, yaxud bircə dəfə deyil, dəfələrlə yağlı vədlərlə aldadılıblar. Ümumiyyətlə, bu vaxta qədər onlara ancaq yalançı vədlər “yedizdirilib”. Bu arada, Vardanyanın vədləri də onun qeyri-adı kəşfi deyildi və o da belə aldatmaları özündən əvvəlkilərdən bir təcrübə olaraq öyrənib və indi də tətbiq edirdi. Bir sözlə, Rusiyadan qaçıb Qarabağa soxulan fırıldaqçı özündən Amerika kəşf etməmişdi, koçaryanlardan, sarkisyanlardan “dərs almışdı”. Məsələ burasındadır ki, dərsini yaxşı mənimsəməyibmiş, əks halda, onların yalançı vədlərinin sonda hansı ağır nəticələr verdiyini, özlərinin də məğlubiyyətlərini nəzərə alar, başa düşər, ən azından xatırlamalı olardı.Laçın yolunda ekoaktivistlərin aksiyasına don geyindirməyə çalışan, utanmadan bunu “blokada” adlandıran, İkinci Dünya müharibəsində Leninqradın 872 gün davam edən hərbi blokadası ilə ekoaktivislərin aksiyalarını həyasızcasına müqayisə edən Ruben Vardanyan guya bilmirmi ki, ermənilərin bu vəziyyətə düşmələrinin səbəbkarı da elə özüdür? Rus xalqından oğurladığı pulları götürüb aradan çıxan və bununla Qarabağda özü-özünü dırnaqarası “dövlət naziri” elan edən bir fırıldaqçı min hoqqadan çıxmasaydı, ölkəmizin ərazisində ekoloji terror törətməsəydi, Azərbaycana məxsus sərvətləri qeyri-qanuni şəkildə mənimsəməsəydi, talamasaydı nə Laçın yolunda ekoaktivistlər aksiya keçirərdi, nə də ermənilər özlərini dalana qısılmış hiss etməzdilər. Doğrudur, Qarabağın erməni əsilli əhalisini Azərbaycan dövlətini sıxışdırmaq kimi bir niyyəti belə yoxdur, hətta vətəndaşlığı, qanunları qəbul edildiyi tədirdə təhlükəsizliklərinin təmin ediləcəyi bəyan edilib, amma artıq Vardanyan kimi fırıldaqçıya inananlar, ona alət olanlar bunun müqabilində özlərini sıxılıb qalmış hiss edirlər ki, bu da anlaşılandır.Özünü bir qədər əvvəl xilaskar kimi sırıyan qondarma “dövlət naziri” indi vaxtaşırı jurnalistlər qarşısına çıxır, yalandan erməni əsillilərin təhdid olunması, bəlaları barədə Ermənistana yalançı ismarıclar göndərir, hansısa yardıma gözünü dikir. Bir növ, hiyləgərcəsinə hədə-qorxuya əl atır ki, bununla nə isə əldə edə bilsin. Bu hədələrin bir nəticə verib-verməyəcəyi müzakirə mövzusu deyil, müzakirə mövzusu Rusiyadan qaçıb Qarabağa dürtülən və vədlər verən birinin dizlərini yerə qoymasıdır. Vardanyan “həyəcan təbili çalmaqla” bir tərəfdən də beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, ən azından reaksiyasını öyrənmək niyyətindədir və bu da onun son mahiyyətini açıb ortaya qoyur.“Biz artıq ehtiyat fondundan istifadə edirik. Mağazalarda demək olar ki, mal yoxdur. Hökumət bu və ya digər şəkildə ərzaq, dərman, benzin problemini həll etməyə çalışır. Biz acından ölməyəcəyik. Amma insanların yaşadığı şərait son dərəcə ağırdır. Bu vəziyyət uzun müddət davam edə bilər və biz buna hazırlaşırıq, vəziyyət elədir ki, biz uzun blokadaya hazır olmalıyıq”, deyə qondarma “nazir” Qarabağın erməni əhalisinin gələcək çətinliklərini guya proqnozlaşdırır. Əslində isə, Vardanyanın bu “proqnozu” acizliyi özündə təcəssüm etdirir. Doğrudur, Qarabağın erməni əhalisi əslində çətin günlər yaşayır, amma azərbaycanlı aktivistlərə, onların aksiyalarına görə yox, məhz aldadıldıqlarına görə, məkrli oyunlara alət olduqlarına görə çətinliklə üz-üzədirlər. Əsrin üçdə birinə yaxın müddət ərzində onların daha yaxşı yaşamaq ümidləri ancaq rejimin boş vədləri ilə qidalanırılıb, amma artıq bunun nəticəsiz, təsirsiz olduğu üzə çıxdığında çarəsizlikləri də hamıdan öncə özlərinə bəlli olub.Torpaqlarımızın 20 faizi düşmən işğalı altında olduğu zamanlarda belə separatçılarla danışıqlar aparılmayacağını Azərbaycan bəyan etmişdi. Maraqlıdır, torpaqlarını hərbi yolla cəmi 44 gün ərzində işğaldan azad edən, Ermənistan tərəfini ən qısa zamanda rüsvayçı məğlubiyyətə uğradan Azərbaycanın bundan sonra separatçı rejimlə danışıqlar aparacağına inanan, ümid edən bircə dənə də olsun axmaq erməni varmı? Bir sözlə, Vətən Müharibəsindəki möhtəşəm qələbəsindən sonra Bakının onlara qulaq asacağına gizli də olsa belə ümid bəsləmək axmaqlığın son həddidir. Görünür, elə bu axmaqlıqdan yaxa qurtarmaq üçün Qarabağ erməniləri hər gün daha çox, daha yaxşı başa düşməyə başlayırlar ki, onların bütün problemləri separatçı rejimdən, xüsusən də ona rəhbərlik edən Vardanyandan qaynaqlanır. Qarabağın erməni sakinlərinin getdikcə sosial şəbəkələrdə qondarma “fiqurlardan” narazılıqlarını ifadə etməyə başlamaları da təsadüfi deyilmiş. Bu, əslində təkcə maliyyə fırıldaqçısına olan inamsızlıq deyil, onun bir siyasi meyitə çevrilməsi deməkdir.Azərbaycanın təbii sərvətlərini talan edənlərə, ekoloji terror törədənlərə qarşı keçirilən və hələ də davam edən aksiyalar Vardanyan kimi manipulyatorun maskasını cırdı, planlarını da alt-üst etdi. Ekoaktivistlərin dinc aksiyalarından məkrli məqsədləri üçün istifadə etməyə çalışanlar özlərini ifşa etmiş oldular. Dünya ictimaiyyəti hər gün daha çox əmin olur ki, blokada deyilən bir şey yoxdur və bunu Vardanyanlar özlərindən uyduraraq sui-istifadə etmək istəyirlər. Bu həqiqətin dünya tərəfindən qəbul edilməsi isə özünü dırnaqarası “dövlət naziri” elan edən biri üçün nə demək olduğu da bəllidir və artıq onun siyasi meyit olduğu zərrə qədər şübhə doğura bilməz, hansı ki, özü də bunu yaxşı başa düşür. Əks halda qara-qışqırıq salıb yardım dilənməzdi.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər