Analitika

  • 6 740

Fransa Korsika adasında diskiminasiya və irqçilik siyasəti yürüdür ANALİTİK+FAKT

image

Xüsusilə, Fransa məhkəməsinin Korsikada yaşayan insanların öz ana dillərində danışmaqdan məhrum edilmələri barədə çıxardığı rüsvayçı qərarı Parisin neokolonializm siyasətinin artıq Avropa məkanında da transfer olunduğunu açıq-aydın isbatlamış olur

Fransa məhkəməsinin Korsika adasında fəaliyyət göstərən dövlət müəssisələrində Korsika dilində danışmağı və sənədlər dərc etməyi qadağan edən qərar çıxarması artıq bu ölkənin digər azsaylı xalqlara qarşı açıq diskriminasiya siyasəti yürütməsini kifayət qədər təsdiq edir. Belə ki, daha əvvəllər Parisin Afrika ölkələrində tarixən həyata keçirdiyi neokolonializm siyasətinin zaman-zaman soyqırımıları ilə də müşahidə edilməsi faktı artıq Avropa məkanına da daxil olmaqdadır. Daha dəqiq desək, məhz qeyd edilən faktın özü belə qənaətə gəlməyə yetərincə gəlməyə imkan verir. Əbəs deyil ki, hazırda korsikalılara qarşı təzyiq və ayrıseçkilik, habelə irqçilik siyasəti həyata keçirən Fransa sözügedən məhkəmədə “Korsika xalqı” ifadəsinin də ölkə Konstitusiyası ilə uyğun gəlmədiyini vurğulayıb. Təbii ki, küçədə 21-ci əsrin ikinci onilliyinin davam etdiyi bir vaxtda Avropanın mərkəzində belə bir qərarların verilməsi əslində heç bir demokratiya, humanizm və azadlıq meyarlarına dəlalət etmir.

BMT həyəcan təbili çaldı: “İngilis dili mütəmadi şəkildə dövlət universitetlərində istifadə edildiyi halda Korsika dilinə qadağa qoyulur”

Bu baxımdan, həmin məsələ Birləşmiş Millətlər Təşkilatında da problem olaraq qaldırılıb və milli azlıqlarla iş üzrə xüsusi məruzəçi Fernand de Verennes fransız məhkəməsinin mövcud qərarını sərt şəkildə mühakimə edib. Bu, eyni zamanda Avropa dəyərlərinin kölgə altında qalması yönündə aparılan siyasət kimi də qiymətləndirilir. Fernand de Verennes məruzəsi zamanı bildirib ki, Korsikada yalnız fransız dilində danışmağı əks etdirən qərar bilavasitə diskriminasiyadır və beynəlxalq hüququ pozur. “İngilis dili mütəmadi şəkildə dövlət universitetlərində istifadə edildiyi halda Korsika dilinə qadağa qoyulur”, deyə BMT-nin milli azlıqlar üzrə xüsusi məruzəçisi Fransa məhkəməsinin qərarını yolverilməz adlandırıb.

İspaniyanın “Transcontinental Times” nəşri:Korsika dili standart italyan dilinə yaxındır və bu dildə 150 000 insan danışır ki, əgər o da qadağa edilirsə bu dil yox olma təhlükəsi ilə qarşı-qarşıya qalacaq”

Artıq Avropanın digər ölkələrində də bununla bağlı etirazlar qeydə alınmaqdadır. Belə ki, İspaniyanın “Transcontinental Times” nəşri sözügedən məsələ ilə bağlı məqalə ilə çıxış edib. “Fransa məhkəməsinin qərarı Korsikada narazılığa səbəb olub”, deyə yazılan məqalədə bildirilir ki, Bastiya şəhər məhkəməsinin qərarına görə rəsmi işlərin aparıldığı zaman yalnız fransız dilində danışmaq və yazmaq lazımdır.

Nəşr xatırladır: “YUNESCO-nun məlumatına görə Korsika dili standart italyan dilinə yaxındır və bu dildə 150 000 insan danışır ki, əgər o da qadağa edilirsə bu dil yox olma təhlükəsi ilə qarşı-qarşıya qalacaq”.

Qeyd edilir ki, məhkəmənin qərarına görə Korsika assambleyasının debatlar zamanı bu dildə ifadələr irəli sürməsi Konstitusiyaya ziddir. SİTAT: “Dil məsələsi ilə yanaşı məhkəmə həmçinin yerli qanunların vasitəsi ilə “Korsika xalqının mövcudluğu” ifadəsinə də qadağa qoyub”.

Nəşr bildirir ki, qərar Korsika prefekti - adadakı ən yüksək Fransa hökumət rəsmisi tərəfindən açılan məhkəmə iddiasından sonra verilir və bu da Emmanuel Makron administrasiyasının Korsikaya daha çox muxtariyyət vermək üçün yerli hakimiyyət orqanları ilə danışıqlar apardığı zamana təsadüf edir. SİTAT: “Qərar dərhal adanın müxtariyyətinin tərəfdarları olan yerli siyasətçilər tərəfindən tənqidlərə məruz qaldı. Onlar birgə bəyanatlarında bildiriblər: “Biz bu situasiya ilə barışa bilmərik, ona görə də həmin qərardan şikayət edəcəyik”. Onlar bəyan ediblər ki, Korsika dilinin inkişaf etməsi üçün o fransız dili kimi rəsmiləşdirilməlidir”.

“Core in Fronte” hərəkatının tərəfdarları məhkəmə qərarını “rüsvayçı” adlandırıblar

Adanın azadlığı uğrunda fəaliyyət göstərən “Core in Fronte” hərəkatının tərəfdarları məhkəmə qərarını “rüsvayçı” adlandırıblar və fikirlərini tvitter vasitəsi ilə məhz Korsika dilində ifadə ediblər. O cümlədən, Korsika Milləti Partiyasının lideri Jan-Kristof Anjelini özünün tvitter hesabında yazıb ki, həmin qərar onlar üçün təhqirdir.

İspan nəşri xatırlatma edib ki, Emmanuel Makron ötən ay çıxışı zamanı Korsika adasının statusuna tabu qoymadığını deyib. Lakin buna baxmayaraq o qətiyyətlə bəyan edir ki, ada Fransanın tərkibində qalmalıdır.

Bütün bunlar bir daha sübut edir ki, Fransanın Makronun timsalında yürütdüyü siyasəti artıq özü-özlüyündə bütün kartları açığa çıxarmış olur. Xüsusilə, Fransa məhkəməsinin Korsikada yaşayan insanların öz ana dillərində danışmaqdan məhrum edilmələri barədə çıxardığı rüsvayçı qərarı Parisin neokolonializm siyasətinin artıq Avropa məkanında da transfer olunduğunu açıq-aydın isbatlamış olur.

Rövşən RƏSULOV

Digər xəbərlər