Analitika

  • 2 978

Ali Baş Komandanın Laçın missiyası TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz”

“Müharibədən ötən iki il yarım müddət ərzində bütün dünya, eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü”.Bu barədə Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.”Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik”, - deyə dövlətimizin başçısı vurğulayıb.Bəli, bu gün sözü imzası qədər dəyərli olan Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının son 19 illik prezidentlik dövründə çoxəsrlik Azərbaycan tarixində xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən xalqın Prezidentin dediyi kimi: “Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz”. Çünki bu qələbə, uğurlu nəticələr məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Güclü ordu - güclü dövlət” strategiyasının konsepsiyanın nəticəyidir və bu üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Bir sözlə, ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev sözü imzası qədər dəyərli olan qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Bir sözlə, sözü ilə əməli üst-üstə düşən, imzası qədər dəyərli olan Azərbaycan Prezidenti İlham Əliyev dediyi kimi: “Bizim sözümüz imzamız qədər keçərlidir, keçərli olduğu qədər həm də dəyərlidir”.

NƏYİ, NƏ VAXT VƏ NECƏ ETMƏYİ ÖZÜ BİLİR

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında bildirir: «Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm». Bəli, dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Ali Baş Komandan indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğaldan azad etdi. Və bu gün Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən verdiyi tapşırıqlar bir daha deyilənlərin göstəricisi olmaqla, Qalib Liderimizin həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində demişdir: “Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə».

BİZ ARTIQ BU DOĞMA DİYARIMIZDA ƏBƏDİ YAŞAYACAĞIQ

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən onu da bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi.Məsələnin həlli üçün göstərdiyi səylərdən danışan dövlətimizin başçısı deyib: «Avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq. Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan Bayrağını şəhərin mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq”. Bütün bunlardan sonra isə Ermənistanın Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan erməniləri oradan çıxarmaq, Azərbaycanın tələblərinə boyun əyməkdən başqa çıxış yolu qalmadı.Bir sözlə, Prezident İlham Əliyevin nəyi, necə və nə vaxt etmək fəlsəfəsinin həyatiliyi, düzgünlüyü növbəti dəfə təsdiqini tapdı. Azərbaycan dövləti kapitulyasiyası, məğlubiyyəti ilə barışmayanlara siyasət, zəruri olduqda isə hərb meydanında başa salır ki, qarşısına qoyduğu məqsədə çatmaqda heç kim və heç nə ona mane ola bilməz. Bu yerdə xatırladaq ki, Laçın dəhlizinə alternativ yolu vaxtından əvvəl istifadə verən Azərbaycan 30 il qeyri-qanuni məskunlaşdıqları ərazilərdən çıxmaq üçün ermənilərə avqustun 25-dək vaxt vermişdi. Ermənistanın, onun havadarlarının, revanşistlərin, separatçıların yersiz etirazına baxmayaraq, Azərbaycan dövlətinin və Prezidentinin qətiyyəti sayəsində yenə də biz deyən oldu. Özgəsinin torpağında cənnətdə yaşamaq istəyən çağırılmamış qonaqlar qoyulan vaxtda gəldikləri yerə qayıtmalı oldular. Bu, həm də onun göstəricisidir ki, Prezident İlham Əliyevin idarəçiliyi, qəbul etdiyi qərarlar və əldə olunan nəticələr bir-birini tamamlayır. Bundan sonra da belə olacaq və bunu hər kəs bilməli, anlamalıdır. Bu siyasət sistemlidir, əsaslıdır, beynəlxalq hüquqa söykənir.

AZƏRBAYCAN PREZİDENTİ İKİ İL ƏRZİNDƏ QARABAĞIN DİRÇƏLİŞİ YOLUNDA BİR ÇOX DÖVLƏTLƏRİN 10 İL ƏRZİNDƏ GÖRƏ BİLMƏDİYİ İŞLƏRİ REALLAŞDIRIB

Bu gün işğaldan azad olunmuş torpaqlarda görülən uğurlu bərpa-quruculuq işləri göz önündədir. Azərbaycan Prezidenti qələbəmizdən keçən iki il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb. Artıq Xarı bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı bərpa olunub. "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 19 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev bu ilin yanvar ayının 5-də 2022-ci ilin «Şuşa İli» elan edilməsi haqqında Sərəncamı tarixi hadisədir.

AZƏRBAYCAN PREZİDENTİ BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏKİ MƏĞLUBİYYƏTİN ƏSAS SƏBƏBLƏRİNİ AÇIQLAYIB

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib ki, Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur: «Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.Dövlətimizin başçısı bildirib ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəblərini izah edən dövlətimizin başçısı deyib: “Ondan (Laçının işğalından-red.) bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur”.

LAÇININ İŞĞALI AXC-MÜSAVAT XƏYANƏTKAR CÜTLÜYÜNÜN NÖVBƏTİ ÇİRKİN XƏYANƏTİ İDİ

“Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edildi. Bu, ölkəmiz üçün, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi”.Bu fikirləri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən söyləyib.Dövlətimizin başçısı deyib: “AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu”.

AZƏRBAYCAN DÖVLƏTİ LAÇINA QAYIDACAQ KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRİN RAHAT YAŞAMASINI TƏMİN EDƏCƏK

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən onu da vurğulayıb ki, Laçın rayonunun təhlükəsizliyinin qorunması bizim əsas vəzifələrimizdən biridir: “Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir”. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı atılan addımlardan danışan dövlətimizin başçısı deyib ki, Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir: “Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq”.“Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir»,-deyən dövlətimizin başçısı Hava limanının yerini müəyyən edərkən qarşıya çıxan çətinliklərdən də danışıb: «Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək”.

BİRİNCİ MƏRHƏLƏDƏ LAÇIN ŞƏHƏRİNDƏ 500-Ə YAXIN FƏRDİ EV İNŞA EDİLİR VƏ YA ERMƏNİLƏR TƏRƏFİNDƏN DAĞIDILMIŞ EVLƏR YENİDƏN BƏRPA OLUNUR

Kəlbəcər-Laçın yolu yenidən qurulduğunu və bölgədə bir çox tunellər inşa ediləcəyini deyən Prezident İlham Əliyev onu da söyləyib ki, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq: “Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir”.Prezident İlham Əliyev minlərlə laçınlının bu il öz doğma diyarına qayıdacağını deyərək bildirib ki, Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur.

Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırılmalıdır: “Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”.Bir sözlə, bu gün Prezident İlham Əliyev cənablarının Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbulu zamanı görülən işlər, verdiyi tapşırıqlar bir daha Qalib Liderimizin qətiyyətinin təcəssümüdür.Dövlət başçımızın dediyi kimi: “Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bax, mənim tapşırıqlarım bundan ibarətdir, siz mənim etimadımı doğrultmalısınız”.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər