Analitika

  • 4 037

Erməni vəhşiliklərinin təzahürü “31 Mart” soyqırımı ŞƏRH

image

Daşnak erməni silahlı dəstələri 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı amansız soyqırım törədiblər. Mənbələrə əsasən, mart soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan bu soyrıqım nəticəsində isə itkin düşüb. Azərbaycanlılara qarşı törədilən Mart qırğınları zamanı ermənilər sahib olduğumuz bir çox qədim binaları, qədim-tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq yerlə yeksan ediblər. Bakı da, Xəzər dənizində yerləşdirilmiş hərbi donanmandan açılan atəş nəticəsində Təzəpir və Cümə məscidlərinin minarələri ağır zədə alıb. Soyqırım zamanı ürəyi soyumayan daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırırdılar.1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı bəşəri tarixin ən qəddar faciələrindəndir. Qonşu dövlət də , Rusiyada baş vermiş 1917-ci il tarixi fevral və oktyabr çevrilişlərindən səmərəli istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətləri bir-bir ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Xalqımıza qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ən yüksək tribunalardan dünya ictimaiyyətini erməni vəhşilikləri haqqında arqumentləşdirilmiş şəkildə məlumatlandırmaq-dadır.Dövlətin yaxından təşkilatçılığı ilə bu gün demək olar ki, Azərbaycan ictimaiyyətinin böyük bir qismi bu istiqamətdə fəal mübarizəyə qoşulubdur.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər