Analitika

  • 6 972

Sülh və inkişafa xidmət edən diplomatik əlaqələr: Azərbaycan-Litva - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan ilə Ermənistan arasında sülh anlaşmasının imzalanması qaçılmazdır"

"Bu gün biz regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıq. Litva Prezidentini Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırdım. Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib.

Bəyanatında Azərbaycan torpaqlarının uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu bir daha xatırladan dövlətimizin başçısı qeyd edib: «Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir».
Bəli, son illər Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda, beynəlxalq əlaqələri genişlənməkdədir. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Belə ki, səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi, mühüm sənədlərin imzalanması və hər ikirezidentlərinin mətbuata bəyanatlarla çıxış etmələri münasibətlərin inkişafına mühüm töhfə verəcək.

AZƏRBAYCAN PREZİDENTİ ERMƏNİSTANA NÖVBƏTİ MESAJI: ERMƏNİSTANLA ANLAŞMANIN İMZALANMASI QAÇILMAZDIR

Bəli, Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə mətbuata bəyanatında bir daha Enmənistana öz mesajını göndərdi: "Ermənistanla anlaşmanın imzalanması qaçılmazdır".

Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında bildirdi ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrinigözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur.
Bəli, Ermənistanın işğalçılıq siyasətiə son qoymaq və ərazi bütövlüyümüzü ədalətlə bərpa etmək üçün 3 min həyatı qurban verməli olduq. Və 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatının imzalanması ilə Ermənistan kapitulyasiya oldu. Və Azərbaycan haqqın, ədalətin tərəfdarı olduğunun sübut etdi və sülhün tərəfdarvı olduğunu sübut etdi. Dövlət başçımızın dediyi kimi…

BİZİM ERMƏNİSTANA SÜLH TƏKLİFİMİZ QALİB ÖLKƏNİN TƏKLİFİDİR, MÜZƏFFƏR XALQIN TƏKLİFİDİR

Prezident İlham Əliyev görüşlərində, çıxışlarında dəfələrlə vurğulayıb ki, bizim təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Və Ermənistanın bu hərəkəti, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar. Ancaq 44 günlük İkinci Vətən müharimbəsindən iki il keçməsinə baxmayaraq Azərbaycan tərəfindən Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr əldə olunmayıb. Ermənistan hələ də məcburən öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Və Ermənistan tərəfi başa düşməlidir ki, revanşist açıqlamaların, bəyanatlarn, sülh prosesindən yayınmağa cəhd göstərilməsinin onlara heç bir faydası yoxdur.

Dövlət başçımızın söylədiyi kimi: "Çünki Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir-öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir".

CƏNUBİ QAFQAZDA POSTMÜHARİBƏ DÖVRÜNDƏ AZƏRBAYCANIN SÜLH VƏ SABİTLİYƏ SADİQLİYİ XÜSUSİLƏ DÜNYADA ƏN BÖYÜK SİYASİ VƏ İQTİSADİ MƏRKƏZLƏRDƏN BİRİ OLAN AVROPA İTTİFAQI TƏRƏFİNDƏN YÜKSƏK SƏVİYYƏDƏ DƏSTƏKLƏNİR

Heç şübhəsiz ki, Prezident İlham Əliye çıxışlarnda Avropa İttifaqı ilə bağlı mksajları da diqqəttdən yayınmır. Belə ki, bu günlərdə, yəni mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti Brüssel formatında sayca beşinci görüşü keçirildi. Yeri gəlmişkən, xatırladaq ki, Cənubi Qafqazda postmüharibə dövründə Azərbaycanın sülh və sabitliyə sadiqliyi xüsusilə dünyada ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olan Avropa İttifaqı tərəfindən yüksək səviyyədə dəstəkləndi. Aİ Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev arasında intensiv dialoq və təmaslarla Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanmasında, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərin həlli istiqamətində əməli addımlar atılmasında özünü qabarıq büruzə verdi. Nəticədə postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu və tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları gerçəkləşdirildi. Xatırladaq ki, Brüssel sülh gündəliyində prioritet istiqamət olan sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Avqustun 31-də Brüsseldə keçirilən dördüncü üçtərəfli görüş dövlətimizin başçısı Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə edə bildi. Beləliklə, bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Və əvvəlki dörd Brüssel görüşündə olduğu kimi, beşinci Brüssel görüşündə də Azərbaycan bir daha göstərdi ki, 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə və Brüssel görüşlərində aparılan danışıqlar zamanı qəbul edilən qərarlara sadiqdir. Buna misal kimi sərhədlərin delimitasiyası komissiyasının dəhral yaradılmasını, eləcə də yeni Laçın yolunun 3 ilə deyil, daha tez hazır olmasını, Zəngəzur dəhlizinin açılması istiqamətində dəmir və avtomobil yolunun tikintisinin sürətləndirilməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bunlar regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində mühüm addımlardır.

Üçtərəfli görüşdən sonra Şarl Mişelin verdiyi bəyanata nəzər yetirdikdə aydın görünür ki, Avropa İttifaqı ilk növbədə regionda sülhün tezliklə bərqərar olmasında çox maraqlıdır. Kommunikasiyaların açılması, nəqliyyat-tranzit məsələlərinin həllini tapması Cənubi Qafqazın inkişafı ilə yanaşı, regionda sabitliyi daha da möhkəmləndirəcək. Ona görə də Avropanın siyasi mərkəzi olan Brüssel görüşləri sülh prosesinə töhfə kimi dəyərləndirilir.

Beləliklə, Avropa İttifaqı Şurasının və şəxsən prezident Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar. Çünki artıq ermənilər də dərk edirlər ki, nəinki Qarabağda və Azərbaycanın sərhədləri daxilində, hətta Cənubi Qafqazda baş verən proseslər də qalib ölkənin maraqlarına uyğun şəkildə həyata keçirilir. Regionda baş verən bütün proseslərin hərəkətverici qüvvəsi rolunda Azərbaycan iştirak edir. Və Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətindəki israrı da reallaşacaq. Bununla da Cənubi Qafqazın nəqliyyat-logistika imkanları daha da genişlənəcək. Yeni imkanların yaranması ilk növbədə Ermənistanın düşdüyü acınacaqlı durumdan xilası ola bilər və bu gün ordusu olmayan Ermənistan Azərbaycan üçün təhlükə mənbəyi ola bilməz, olduğu halda onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Dövlət başçımızın söylədiyi kimi: "Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi".

Bir sözlə, bu gün Azərbaycanın Ermənistvnv sülh təklifi, dövlət başçımızın dediyi kimi: "Azərbaycan ilə Ermənistan arasında sülh anlaşmasının imzalanması qaçılmazdır".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər