Analitika

  • 1 781

Ermənistanın sürükləndiyi fəlakət... - TƏHLİL

image

Ermənistanı qızışdırıb sülh sazişi əvəzinə müharibəyə təhrik edənlər nə qədər həyasızlaşsalar da, Azərbaycanın qətiyyətli mövqeyi qarşısında aciz qaldıqları gün kimi ortadadır. Bir sıra qərb KİV-lərinin, xüsusilə erməni mediasının həftələrdir ətrafında ajiotaj yaratmaq üçün dəridən-qabıqdan çıxdıqları Brüssel şousu da puç olub getdi...
44 günlük zəfər savaşından sonra sülhə gəlmək əvəzinə qisasçılıq üçün alışıb yanan erməni siyasi təxribatçı dairələri və Cənubi Qafqazdakı hazırkı situasiyanı Rusiya əleyhinə çevirməyə çalışan qərb dairələri bu dəfə də güclü Azərbaycan faktoru qarşısında aciz qaldılar. İqtisadi və siyasi güc balansı Ermənistanın çox-çox üzərində qərar tutan Azərbaycana qarşı “diş keçirmək” cəhdləri elə gözlərindəcə qalmış oldu. Onlar “üçlük zirvəsindən” böyük hərbu pakt, başgicəlləndirici maliyyə yardımı, iqtisadi dəstək gözləyirdilər. Amma verdikləri qəpiklərin belə hesabını soruşan qərb donorları, tarix boyu regionda stukaçılıq rolu oynamış Ermənistana belə yağlı ənamı boşuna vermək istəmirlər: “təxribat, qanlı ssenarilər reallaşdır, al ənamını” deyirlər.Xüsusilə regionda Rusiya vassalından imtina etmək, Vladimir Putinə diş ağartmaq da qərbdəkilərin Nikol Paşinyan höküməti qarşısında qoyduğu şərtlər sırasındadır. Yüz illərdir Rusiyanın vassalı kimi yol gələn, zaman-zaman rus çarlarının Cənubi Qafqazdakı digər xalqlara qarşı qanlı təxribatları üçün istifadə etdikləri Ermənistan bu gün öz xidmətini qərbdəkilərə də təklif edir. Bu hal Ermənistan üçün yeni deyil. Zaman-zaman türklərin, ingilislərin, bölgədə güc göstərən digər qüvvələrin xidmətinə girmək üçün quyruq bulayan ermənilərə indi rusları fransızlara, amerikalılara dəyişmək qətiyyən çətin vərdiş kimi görünmür. Onsuz da bütün əsrlərdə ermənilər ayağısürüşkən qadın obrazını məharətlə yerinə yetiriblər. İndi bunu bir daha təkrarlasalar nə olasıdır....
BRÜSSEL GÖRÜŞÜNDƏ ERMƏNİSTANI QANLI SSENARİLƏRƏ SÜRÜKLƏMƏK ÜÇÜN AÇIQ GEDİŞLƏR…
Həmişə olduğu kimi, yenə də aprelin 5-də keçirilən növbəti Brüssel görüşündə Ermənistanı qanlı ssenarilərə sürükləmək üçün açıq gedişlər, pafoslu bəyanlar edilməsə də, amma artıq lokal təxribatlar üçün sanki düymə basılmış haldadır. Çünki Brüssel görüşü keçirilən gün Azərbaycan Ordusunun mövqeləri düz 30 dəfə atəşə tutulub. Aprelin 6-da isə 16 dəfə müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub. Aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Avropa İttifaqının Ermənistandakı “mülki” missiyası da bütün bunları sadəcə “müşahidə” edir, görməməzliyə vurur. Əlbəttdə, Aİ-nın məqsədi sülhü bərpa etmək deyil. Onları bura daha qaranlıq “mülki” işlər üçün yollayıblar...Hələ bütün bunlar azmış kimi Ermənistan Xarici İşlər Nazirliyi ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirir. Əsl erməni həyasızlığı, başqa heç nə! Şübhəsiz, Ermənistanın törətdiyi təxribatlar bu ölkənin təcavüzkar mövqeyindən əl çəkməməsinin, erməni xislətinin hələ də dəyişməməsinin əyani sübutudur. Nikol Paşinyanın Ermənistanı indi də başqa bir qanlı təxribat üçün oyun mərkəzindədir...Siyasətlə yaxından-uzaqdan maraqlanan hər kəs də əla bilir ki, rəsmi İrəvanı israrla Azərbaycanla qanlı toqquşmalara sürükləyən, Ermənistanla Rusiyanı qarşı-qarşıya gətirmək üçün var gücü ilə oyunlar quran Fransa prezidenti Emmanuel Makrondur. Məhz bu şəxs bütün dünyada Fransanın bihörmət dövlət kimi biabır olmasından sonra var gücü ilə Cənubi Qafqazda Ermənistanın vasitəsi ilə məkrli oyunlar oynamağa qərar verdi. Və ilk hədəfi də 44 günlük zəfər savaşında tarixi qələbəyə imza atıb 30 illik erməni işğalına son qoyan, müstəqil siyasət yürüdən, bölgədə Türkiyə ilə birgə təhlükəsizlik şəraiti yaradan Azərbaycan oldu.Qitənin bir sıra yerlərindən hörmətsizcəsinə qovulan, beynəlxalq tribunalarda indiyədək heç bir Fransa prezidentinin yaşamadığı rəzil və alçaldığıcı münasibət görən E.Makron Fransası, açıq şəkildə Ermənistanı qanlı planlar üçün poliqona çevirməyi hədəfləyib. Əlbətdəki, ac-yalavac N.Paşinyanın gözqamaşdırıcı milyonlarla avro dəstlərini qoxulayıb ciyərlərinə çəkməsindən sonra bu qanlı planlar üçün Ermənistanın təxribat “süpürgəsi” olmasına heç bir maniə qalmır. Xüsusi ilə bir məqama diqqət edək: heç şübhə yoxdur ki, Fransanın da aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransından gözləntiləri vardı. Amma bu da Prezident İlham Əliyevin siyasi gedişləri sayəsində fiaskoya uğradı. Bu fakt bir daha sübut etdi ki, Qərb, o cümlədən Fransa dövlətimizin başçısının yürütdüyü qətiyyətli və milli maraqlara söykənən prinsipial siyasətlə hesablaşmağa məhkumdur.Təəssüf ki, ermənipərəst mövqeyindən əl çəkməyən, Ermənistanı Rusiyadan qoparıb ikinci Ukraynaya çevirmək istəyən E.Makron və onun qərbdəki ermənipərəst dostları hələ də anlamırlar ki, həyata keçirdikləri bu kimi destruktiv fəaliyyət bölgədə nə onların istədikləri və hesabladıqları planlara, nə Fransanın bütün dünyada ayaqlar altına salınmış imicinə, nə də hər vəchlə müdafiə etdikləri Ermənistana xeyir gətirməyəcək. Amma nəzərə alanda ki, E.Makrona Ermənistanın mənafeyi deyil, özlərinin qanlı maraqları vacibdir, demək ki, qərb Ermənistanı fəlakətin lap dibinə qədər yuvarladacaq. Təki bölgədə xaos və qanlı gərginlik olsun. Əsas məqsəd də elə budur.
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər