Analitika

  • 532

Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkədir - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEVİN “Euronews”a müsahibəsi Azərbaycanın yaşıl gündəliyini geniş şəkildə ehtiva edir

Bu gün Azərbaycan dünya birliyində artıq təkcə əsas enerji ixrac edən ölkə, ən müxtəlif sivilizasiyaların qovuşduğu etibarlı məkan kimi tanınmır. Həm də ölkəmiz artıq yaşıl enerji siyasəti üçün ən təşəbbüskar ölkə kimi də dünya gündəmindədir. Bu yaxınlarda Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri Azərbaycanın bu istiqamətdəki mühüm addımlarından xəbər verir.

TƏMİZ ƏTRAF MÜHİT VƏ “YAŞIL ARTIM” ÖLKƏSİ PRİORİTETİ QARŞIYA YENİ HƏDƏFLƏR QOYUR

Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb. Azərbaycanda yaşıl enerji sektorunun inkişafındakı hüquqi bazaya, bu istiqamətdə atılan praktiki addımlara və hədəflərə nəzər salır. Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Beş Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. 2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq "ACWA Power" şirkəti ilə 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək.

İQLİM DƏYİŞİKLİYİ ÇAĞIRIŞLARININ SÜRƏTLƏ ARTDIĞI BİR MƏQAMDA AZƏRBAYCAN “YAŞIL ENERJİ” SİYASƏTİNDƏ ƏSAS LİDER KİMİ MEYDANA ÇIXIB

Belə ki, cari ilin iyun ayının 21-də “Euronews” televiziyasına müsahibəsində də Azərbaycanın yaşıl gündəliyini geniş şəkildə ehtiva edir. Bu müsahibə həm də bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir.dövlət başçısının sözlərinə görə, “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır: "Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir, potensial var".

"Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir", - Prezident vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qətiyyətinin göstəricisidir. Xüsusilə də, ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələr ilə münasibətlərdə əlavə müsbət impuls və stimul qazandıra bilər. Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. İqlim dəyişikliyi çağırışlarının sürətlə artdığı bir məqamda Azərbaycan “yaşıl enerji” siyasətində əsas lider kimi meydana çıxıb. Strateji təşəbbüslər, beynəlxalq əməkdaşlıq və bərpaolunan enerjiyə əhəmiyyətli investisiyaların yatırılması ilə ölkəmiz nəinki enerji sektorunu dəyişdirib, həm də qlobal liderlərin dəstəyini qazanıb. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.

HƏDƏFİMİZ İXRACDIR

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində ənənəvi enerji sektorunun olması ilə yanaşı, “yaşıl bərpaolunan enerji”yə keçid zamanı nəzərə çarpan bir çox çətinliklər barədə də danışıb: “Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun…”.

Dövlətimizin başçısı onu da vurğulayıb ki, Dövlətimizin başçısının bu müsahibəsi son illərin qlobal problemlərini əhatələyib və dövlət başçımız verilən sualları Azərbaycanın dövlət maraqları baxımından şərh edib. Azərbaycanda yaxşı sərmayə mühiti olduğunu qeyd edən Prezident İlham Əliyev qeyd edib ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Dövlətimizin başçısı müsahibədə bildirib ki, Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Həm də gerçəklik ondan ibarətdir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.

COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Prezident İlham Əliyevin müsahibəsindən SİTAT: “Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.

Xüsuilə, dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın özünün ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltməsi bu sahədə Bakıya inamı daha da möhkəmləndirir: «Biz, ilk növbədə, milli enerji şəbəkəmizi gücləndirməli, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalı, ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq».

Beləliklə, bu gün COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə həm də böyük məsuliyyət qoyur. Azərbaycan isə həmin məsuliyyətlə də bu sınaqlardan uğurla çıxacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər