Analitika

  • 1 460

Paşinyanın mesajı o deməkdir ki, varislik ərazimizi bərpa etməliyik - Yunus Oğuz

image

Politoloq: "Paşinyan mesaj verdi ki, gəlin torpaqlarınızı alın!"

"Yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması gözlənilmir. Bu imzalanma 2027-ci ilin əvvəllərinə saxlanılıb. Bu özlüyündə iki il yarım vaxt deməkdir. Belə məlum olur ki, Paşinyan yalnız vaxt udmağa çalışır". SİA xəbər verir ki, bunu "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz deyib.Politoloq bildirib ki, əslində Paşinyan Rusiyanın gələcək aqibətini gözləyir: "Əgər Rusiyanın aqibəti pis olsa, Paşinyan tam Amerika və Avropa tərəfə yıxılacaq. Paşinyan həm də Fransada keçiriləcək seçkilərin nəticələrini gözləyir. Məlumdur ki, il yarımdan sonra Fransada seçkilərə start veriləcək. Paşinyan hər iki seçkini gözləməklə vaxt udmaq istəyir. Ancaq vaxt udmaq məsələsi Paşinyana sərf eləmir. Nəzərə almaq lazımdır ki, Ermənistan faktiki olaraq Rusiyadan imtina edib. İki ölkə arasında yalnız iqtisadi əlaqələr mövcuddur ki, bu əlaqələr də Rusiyaya tətbiq edilən sanksiya səbəbindən artmaqdadır. Təsadüfi deyil ki, cəmi altı ay ərzində Ermənistanın Rusiya ilə ticarət əlaqəsi dörd dəfə artaraq beş milyard dollara çatıb. İqtisadiyyatda belə hallar təsadüfi baş vermir. Deməli, Rusiya Avropaya satmaq istədiyi əmtəəni Ermənistan vasitəsilə ixrac edir, ya da əksinə".Y.Oğuzun sözlərinə görə, Paşinyan son açıqlamasında etiraf edib ki, Ermənistanın ərazisi cəmi 9 min kvadrat kilometrdir: "Məlum olduğu kimi Birinci Dünya Müharibəsindən sonra keçirilən Paris Sülh Konfransında Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən xəritə olub. Paşinyan da deyir ki, Azərbaycan Demokratik Cumhuriyyətin varisidir və öz Konstitusiyasında dəyişiklik etməlidir. Paşinyan bununla demək istəyir ki, Azərbaycanın ərazisi 87 min kvadrat kilometr deyil. Öz dili ilə deyir ki, Azərbaycanın ərazisi 104 min kvadrat kilometrdir. Bununla etiraf etdi ki, biz sizin ərazinizi işğal etmişik. Ermənistanın ərazisi 1918- ci ildə cəmi 9 min kvadrat kilometr idi. Bu vaxta qədər Paşinyan yalvarırdı ki, 28 min kvadrat kilometr ərazimizi saxlayın, başqa heç nə lazım deyil. Ermənistan da özünü varis hesab edir. Belə halda Ermənistan 9 min kvadrat kilometr əraziyə çəkilməli, işğal etdikləri bizim əraziləri geri qaytarmalıdır. Rəsmi müqavilə var ki, İrəvan Erməistana yüz illiyə verilib, artıq bu müddət də bitib.İndi Ermənistanın Gümrüyə qayıdış dövrüdür. Paşinyan bu açıqlaması ilə mesaj verdi ki, gəlin torpaqlarınızı alın. Yəni, müharibəyə başlayın ki, biz də Amerika və Hindistandan silahlar alaq".Siyasi şərhçi onu da qeyd edib ki, əslində Ermənistan kifayət qədər silahlanıb: "Bəzi politoloqlar deyirdilər ki, Ermənistan 44 günlük Vətən müharibəsindən sonra 40 il özünə gələ bilməyəcək. Bəli, İkinci Dünya Müharibəsindən sonra Almaniya 30 il ərzində özünə gələ bildi, 44 ildən sonra isə parçalanmış Almaniyanı birləşdirdi. İndi isə o dövr deyil, indi sürət dövrüdür. Üstəlik, Ermənistana kifayət qədər yardım edən dövlətlər var. İndi deyirlər ki, üçüncü dünya müharibəsi gedir, lakin üçüncü dünya müharibəsi ikinci dünya müharibəsinə bənzəməyəcək. Bu, hibrid və informasiya müharibəsi olacaq. Artıq dünyada müharibələr dronlarla aparılır, kosmosdan kəşfiyyat məlumatları əldə edilir və zərbələr endirirlər".Y.Oğuz qeyd edib ki, Paşinyanın açıqlamasında iki mühüm məsələ var: "Birincisi ondan ibarətdir ki, Paşinyan dünyaya bəyan edib ki, Azərbaycan Demokratik Cumhuriyyətin varisidir, onun məlum ərazisi var. İkincisi odur ki, Paşinyan bizə mesaj ötürür ki, müharibə edə bilərsiniz. Bununla bizim əlimizə hüquqi əsas verir ki, varisliyini təmin elə. Ermənistanın rəsmi ərazisi 28 min kvadrat kilometr, varislik ərazisi isə 9 min kvadrat kilometrdir. Məsələ ondan ibarətdir ki, biz Paşinyanın mesajını analiz edərək varislik ərazimizi bərpa etməliyik. Məhz bu kimi səbəblərdən sülh müqaviləsi geri atılır. Ermənistanın ağlı olsa, sülh müqaviləsini tezliklə bağlayar ki, əlavə iddialar ortaya çıxmasın".

Digər xəbərlər