Analitika

  • 1 269

"Hay"lar üçün PUÇ OLACAQ ÜMİDLƏR - TƏHLİL

image

Rəsmi Bakı dəfələrlə Ermənistan tərəfinə həmin ölkənin silahlanmasının və sülh gündəliyindən uzaqlaşmasının yanlışlıq olduğu barədə xəbərdalıq edib. Buna baxmayaraq, Ermənistan hakimiyyətinin mövqeyindən də görünür ki, bir qədər əvvəl, daha dəqiq desək, bir neçə ay bundan öncə guya sülh istəyində olduğunu bəyan edən rəsmi İrəvan artıq tamamilə başqa istiqamətdə hərəkətlərə, Cənubi Qafqazda yeni savaşın başlamasına rəvac verən siyasət yürüdür. Sözsüz ki, ABŞ, Hindistan və Fransa kimi bəzi dövlətlərin işğalçı ölkəni silahlandırması Ermənistanı yanlış yola sürükləyib. Amma haylar hələ də başa düşə bilmirlər ki, Qərbin onları dəstəkləyəcəyi barədə xəyalları puç olacaq ümidlərdən başqa bir şey deyil.

Silahlanmaya maraqlı olmaları, üçüncü ölkələr tərəfindən silahlandırılmaları regionda həqiqətən də təhlükə yaradır

Ankarada Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin görüşünü erməni cəmiyyətinin qıcıqla qarşılamasından görünür ki, haylar öz çirkin niyyətlərindən, eləcə də ambisiyalarından əl çəkməyiblər. Bu çirkin niyyətlərinin və ambisiyalarının fonunda da, həmin görüş zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramovun dediklərini növbəti təxribat xarakterli bəyanatlar adlandırmaları da bu baxımdan əbəs yerə deyil. "Ermənistanın silahlanması region üçün əlavə təhlükə mənbəyidir", deyən Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun sözlərində qeyri-adi nə var ki, ermənilər bunu təxribat xarakterli bəyanatlar kimi qələmə verirlər? Əslində, Ceyhun Bayramov reallıq barədə bildirib və haylar başa düşməli idilər ki, silahlanmaya maraqlı olmaları ilə, üçüncü ölkələr tərəfindən silahlandırılmaları ilə regionda həqiqətən də təhlükə yaranır. "Ermənistanı üçüncü dövlətlər buna sövq edir", deyə bildirən Azərbaycan XİN rəhbərinin sözlərinin Ermənistanda tamamilə fərqli şəkildə qarşılanması həmin ölkənin silahlanmada maraqlı olduğunu göstərir. Eyni zamanda onu göstərir ki, üçüncü ölkələrin Ermənistanı silahlandırması hayların lap ürəyincədir. Amma haylar bir məsələni başa düşə bilmirlər ki, müharibə, döyüş olacağı təqdirdə üçüncü ölkələrin heç biri onların əvəzinə döyüş meydanına qatılmayacaqlar. Başa düşə bilmirlər ki, onların verdikləri silahları istifadə edəcək də, həmin silahlardan istifadə etdiklərinə görə Azərbaycan Ordusunun hədəfinə çevriləcək də haylar özləri olacaqlar. Görmədilərmi ki, 44 günlük müharibə dönəmində heç bir üçüncü ölkə onların əvəzinə döyüşə qatıla bilmədi? Buna heç niyyətlərinin belə olmadığını da anlamadılar? Anlamadılar ki, kimlərəsə ümid etmələri əbəs yerədir? Döyüş meydanında özlərindən başqa itgilər verənlərin olmadığını, onları qızışdıran Qərbin heç nədə iştirak etmədiyini də xatırlamırlar? Onlara xatırlada bilərik ki, 2020-ci ildə Qərbə, Rusiyaya, hansısa üçüncü dövlətlərə güvənənlərin, ümid edənlərin ümidlərinin puç olması haylara bir dərs olmalı idi. İndi həmin dərs sayəsində başa düşməli idilər ki, yenə də onları silahlandıranlara olan ümidləri məhz puç olacaq ümidlərdir və nəticədə yenə də məğlubiyyət açısını özləri yaşayacaqlar.

Ümudlərinin puç olacağı qorxusu haylar arasında hökm sürür və buna görə qıcıqlanırlar

Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin Ankarada olan görüşünün Ermənistana məxsus mətbuat səhifələrində Türkiyə-Azərbaycan tandemi tərəfindən şantajın növbəti nümunəsi kimi qələmə verilməsi özü belə bir çox məqamlardan xəbər verir. İlk öncə ondan xəbər verir ki, hayların özləri belə onlara silah verən üçüncü dövlətrlərə olan ümidlərinin puç olacağı qorxusu ilə yaşayırlar. Buna bir qorxu kompleksi də demək doğru olar. Məsələ burasındadır ki, eyni zamanda, əgər Türkiyə-Azərbaycan tandemini özlərinə yanlış da olsa belə, şantaj hesab edirlərsə, deməli, onlara silah verən üçüncü ölkələrə güvənmirlər. Yəni, ümidlərinin puç olacağı qorxusu ilə yaşayırlar.

"Ölkələrimizin bu siyasəti regiona sülh, təhlükəsizlik və sabitlik gətirəcək", deyə Ankarada Ceyhun Bayramovun bəyan etdikləri də erməniləri bərk qıcıqlandırıb. "Regionda sülh və sabitlik" dedikdə, rəsmi Bakı nəyi nəzərdə tutur, deyə Ermənistanın mətbuat səhifələrində sual edilməsi, bunun şübhəli məqam kimi təqdim olunması isə təəccüb doğurur. Təəccüb də doğrmalıdır. Maraqlıdır, haylar regionda sülh və sabitlik dedikdə nəyin nəzərdə tutulduğunu başa düşə bilmirlər? Yoxsa, regionda sülh və sabitlik ümumiyyətlə, haylar üçün qəbul olunan deyil? "Azərbaycan XİN rəhbərinin sözlərindən belə çıxır ki, Azərbaycanın indi apardığı və gələcəkdə də aparacağı dəhşətli siyasətin yalnız başlanğıcıdır", deyə erməni KİV-lərində qeyd olunması isə heç qəbul edilən deyil. Bu ölkənin kütləvi informasiya vasitələri, mediası məgər ölkəmizin sülh naminə apardığı siyasətdən narazıdır, yoxsa ictimaiyyətə bildirmək istəyir ki, sülh onlar üçün dəhşətli siyasət hesab olunur? Əgər rəsmi Bakı sülhün tərəfindədirsə, regionda sülhün təmin edilməsi üçün çalışırsa, buna görə niyə erməni cəmiyyəti narahat olmalıdır və erməni mediasının məntiqsiz şəkildə çaldığı həyəcan təbilini necə başa düşək? Belə çıxır ki, sülh əleyhinə çıxış edəcəkləri, onlara verilən silahlardan istifadə təqdirdə onlara dəstək veriləcəyi barədə qətiyyən ümidləri yoxdur deyə, sülh təklifindən bərk qorxurlar. Deməli, belə çıxır ki, ümidlərinin puç olacağını özləri hamıdan yaxşı bilirlər. Məlum olur ki, onlara silah verənlərə olan ümudlərinin puç olacağı qorxusu da haylar arasında hökm sürür və buna görə də qıcıqlanırlar.

Silahla işğalçı ölkəni təmin etmək heç də dəstək anlamına gəlmir və onlara ümid etməyə də dəyməz

"Bu ilin sonuna kimi 20 mindən çox azərbaycanlı öz torpaqlarına qayıdacaq", deyə bəyan edən Ceyhun Bayramovun fikirləri niyə Ermənistanda qıcıq doğurmalıdır? Maraqlıdır, azərbaycanlıların öz dədə-baba torpaqların, Azərbaycan ərazilərinə geri qayıtmalarında, məskunlaşmalarında, qeyri-qanuni, yaxud da qeyri-adi nə var ki, bu haylar arasında qıcıq doğurur? "2026-cı ilin sonunda artıq 140 mindən çox azərbaycanlı Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşacaq", deyə Azərbaycan XİN rəhbərinin sözləri niyə erməni mediasında təxribat kimi qələmə verilməlidir? Vətəndaşlarımızın öz ərazilərinə, yurd-yuvalarına qayıtmaları, məhz Azərbaycan torpaqlarında məskunlaşmaları niyə qəbul olunmur? Ona görə ki, hələ də haylar öz ambisiyalarından, öz işğalçılıq niyyətlərindən əl çəkməyiblər və özlərinə məxsus olmayanı özününküləşdirmək üçün çirkin niyyətləri hələ də var. Məhz elə buna görə də üçüncü ölkələrin onları silahlandırmalarına imkan verirlər. Amma bununla belə qətiyyən onlara inana bilmirlər və dəstək verəcəkləri barədə ümidlərinin puç olacağına görə indidən qorxuya düşüblər və qorxuya düşmələri yeganə doğru fikirdir. Bilirlər ki, iddia etdikləri torpaqlar Azərbaycana məxsusdur və heç bir ölkə həmin torpaqları alıb nə onlara hədiyyə etmək imkanında, nə də marağında ola bilməz. Yaxşı bilirlər ki, silahla işğalçı ölkəni təmin etmək heç də dəstək anlamına gəlmir və ümid etməyə də dəyməz.

"Üçüncü ölkələrə" güvənməklə, ümid etməklə hayların vəziyyəti həddindən artıq kritik ola bilər

Haylar qorxurlar ki, onların əldə etdikləri silahlar istifadə vəziyyətində Azərbaycan tərəfinin qanuni hədəfinə çevrilə bilər. Hətta özləri üçün itgilərin də miqyasını təsəvvür edirlər, çünki 44 günlük müharibədə bir çox reallıqların, ələlxüsus da Azərbaycan Ordusunun nəyə qadir olduğunun, ümumiyyətlə, ölkəmizin qüdrətinin şahidi olublar. Təsadüfi deyil ki, hələ də həmin o 44 günlük döyüşün xofu hayların canından çıxmayıb. Hələ də haylar həmin döyüşləri müzakirə etməkdədirlər və hələ də məğlubiyyətlərini həzm edə bilmirlər. Amma nə qədər tez həzm etsələr özləri üçün bir o qədər yaxşı olar. Əks halda, bu dəfə daha dəhşətli fəlakətlə qarşılaşmalı olarlar və qorxularından da bəlli olur ki, bunu da özləri təxmin ediblər.

Məsələ burasındadır ki, üçüncü ölkələrdən silah alan ermənilər nə qədər silah alsalar də qorxu kompleksindən qurtara bilmirlər. Sual oluna bilər ki, axı niyə qorxudan çıxmaqda çətinlik çəkirlər? Əgər çirkin niyyətləri yoxdursa, niyə qorxuya düşüblər? Bir tərəfdən də əgər üçüncü ölkələr onlara silah verirsə, onlar da silahlanmaqda davam edirlərsə, niyə yuxuları ərşə çəkilib? Bu sual özü elə reallığı ortaya çıxarır. Əlbəttə, reallıq da ondan ibarətdir ki, haylar başlarına gələnin təkrarlanacağından qorxurlar. Qorxurlar ki, "üçüncü ölkələrə" güvənməklə, ümid etməklə onların vəziyyəti həddindən artıq kritik ola bilər. Bilirlər ki, Qərbin Ermənistanı xilas edəcəyi barədə xam xəyallara ümid etmək axmaqlıqdır.

Hər halda Ukrayna təcrabəsi haylar üçün bir nümunə sayılmalıdır. Rusiya ilə müharibə başlayana qədər Ukraynaya dəstək vəd edən Qərbin sonra hansı mövqe sərgilədiyini də haylar yaxşıca görürlər. Görürlər ki, döyüş meydanında qırılan, ölən ukraynalılardır. Nə bir amerikalı, nə bir fransız, nə də bir əcnəbinin döyüşə qatıldığını ermənilər müşahidə edə bilməzlər. Görünən odur ki, dağılan şəhərlər də Ukrayna şəhərləridir. Atılan raketlər, dağıdıcı mərmilərin heç biri Amerikanın, Fransanın, yaxud hansısa Avropa ölkənin şəhərlərini yerlə yeksan etmir. Zərər görən ancaq Ukrayna ölkəsi, ukraynalılardır. Bunu haylar lap yaxşı seyr etsələr daha yaxşı başa düşərlər ki, onlara silah verənlərə, guya dəstək verənlərə olan ümidlər məhz puç olacaq ümidlərdir və ən böyük ümid məhz regionda sülhün bərqərar olması ilə bağlı olmalıdır...

Digər xəbərlər