Analitika

  • 741

Hayların səhv addımlarının nəticəsi olan FİASKO - TƏHLİL

image

Rəsmi Bakı çoxvektorlu və müstəqil siyasət yürütməklə, bütün dünya ölkələri ilə münasibətlərini daha da yaxşılaşdığı halda, İrəvanın bu vaxta qədər mövcud olan bütün münasibətləri, əlaqələri getdikcə daha da pisləşir. Azərbaycan hətta Ukrayna, eləcə də Rusiya ilə münasibətlərini yaxşılaşdırmaqdadır, amma bunun fonunda Ermənistan hər iki ölkə ilə münasibətlərini gərginləşdirir. Rəsmi Moskvanın mövqeyindən də görünür ki, Ermənistan itirməkdə, bütün istiqamətlərdə davamlı olaraq fiasko ilə qarşılaşmaqdadır.
Marionet kimi çıxış edən, hansısa qüvvələrin əlində alətə çevrilən Ermənistanın uğurlara qətiyyən ümidi belə ola bilməz.

Ukraynanın Azərbaycana olan münasibətinin get-gedə daha da yaxşılaşmasına görə haylar təəccüb hissi keçirirlər. Bunu Ermənistan mətbuatının mövqeyindən də başa düşmək çətin deyil. İndi erməni mediası daş atıb başını tutur və Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini başa düşməkdə erməni cəmiyyətinin çətinlik çəkdiyini etiraf edir. Hətta Ermənistana məxsus kütləvi informasiya vasitələrində sual olunur ki, Ukrayna necə sakitləşdi? Sual olunur ki, ukraynalılar məhz ruslarla olan münasibətlərin fonunda niyə anti-Azərbaycan mövqe bildirmirlər? Həmçinin, erməni KİV-lərində sual edilir ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən niyə Ukraynada narazılıq olmayıb? SOCAR-ın yanacaqdoldurma məntəqələrini boykot etmək barədə çağırışları da bir bayraq olaraq istifadə etmək istəyən haylar hələ də başa düşmədikləri məqamların olduğunu etiraf edirlər. Bəzən bunu sözügedən şirkətin “Qazprom”la müqavilə bağlaması ilə izah edirlər.Məsələ burasındadır ki, haylar hələ də başa düşə bilmirlər ki, Azərbaycan özünün düşünülmüş, məqsədyönlü və ağıllı siyasəti ilə heç bir ölkə ilə münasibətlərini korlamır. Əksinə, rəsmi Bakı demək olar ki, bütün dünya ölkələri ilə davamlı şəkildə münasibətlərini yaxşılaşdırır, əlaqələrini genişləndirir. Hətta ölkəmiz bizə yaxın olan, qardaş ölkələr hesab olunan bir çox dövlətlərlə daha yaxından əməkdaşlıq, tərəfdaşlıq edir. Dövlətimizin, dövlət başçımızın apardığı uzaqgörən, düşünülmüş siyasət sayəsində bir sıra ölkələrlə müttəfiqlik münasibətləri belə yaranmaqdadır. Bunu isə haylar qətiyyən həzm edə bilmirlər. Heç başa da düşmək istəmirlər. Başa düşmək istəmirlər ki, Azərbaycan belə uğurlar əldə etmək üçün daim özünün düşünülmüş siyasətini müstəqil şəkildə həyata keçirib. Anlaya, dərk edə bilmirlər ki, hansısa ölkələrin marioneti kimi çıxış edən, hansısa qüvvələrin əlində alətə çevrilən Ermənistanın uğurlara qətiyyən ümidi belə ola bilməzdi. Hələ də fərqində deyillər ki, kimlərinsə siyasətinə xidmət etməklə, ambisiyalara qul olmaqla, işğalçılığı dövlət siyasəti hesab etməklə, qətiyyən nüfuz qazana bilməzlər və itirdikləri ancaq etdikləri səhvlərin nəticəsidir və istənilən sahədə qarşılaşdıqları fiasko da məhz bu baxımdan səbəbsiz deyil.
Erməni cəmiyyətində narahatlıqların doğurduğu rezonans
Diqqətə çatdıraq ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında Kazanda keçiriləcək BRİKS sammitinə artıq dəvət olunması belə erməniləri bərk qıcıqlandırıb. Hayların hövsələsini daraldan ən diqqətçəkən məqam isə Bakının bu təşkilata üzv olmaq üçün müraciətini Moskvanın dəstəkləməsidir. Belə bir dəstəyin olması barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov açıq şəkildə jurnalistlərə məlumat da verib və görünür, ermənilər bundan daha çox narahat olmağa, qıcıqlanmağa başlayıblar. Əsasən də haylar ona görə qıcıqlanırlar ki, Azərbaycanın BRİKS-ə qoşulmaq üçün müraciətini şərh edən rusiyalı nazir müavininin, Moskvanın “buna çox sevinməsi” barədə fikir bildirməsidir. “Biz Azərbaycanı dəstəkləyirik. Biz inanırıq ki, bu, yəni BRICS-ə qoşulmaq, şübhəsiz ki, əlavə dinamika və unikal təcrübə gətirəcək. O cümlədən bir çox gündəmlər üzərində eyni vaxtda və konstruktiv şəkildə işləmək, BRİKS üçün çox xarakterik olan bir şey gətirəcək”, deyə Ryabkovun bildirməsi erməni cəmiyyətində narahatlıqlardan dolayı bir rezonans da doğurub.Eyni zamanda, Ryabkovun dediklərinin Kiyevdə eşidilməsi, hətta bunu eşindəndən sonra hansısa qeyri-adi reaksiya verilməməsi hayların yuxularını ərşə çəkib. Məhz məlum fikirlərdən sonra Azərbaycan qazını özləri vasitəsilə Avropaya nəql etməyə hazır olduqlarını bəyan etməyə üstünlük vermələri erməni cəmiyyətinin səbrini tamam daşırıb. Soruşmaq ayıb olmasın, niyə ermənilər beləcə qıcıqlanırlar və özlərini hansı haqla müqaisə etməyə çalışırlar? Axı işğalçı ölkənin işğalçılıqdan başqa məqsədi, niyyəti, əməli fəaliyyəti olmayıbsa, bu gün hansı üzlə hansısa iddiada ola bilərlər? Azərbaycan özünün bütün istiqamətlərdə, ələlxüsus da iqtisadi baxımdan inkişafını təmin etdiyi bir dövrdə ermənilər ancaq işğalçı əməllərinə görə fəxr etməklə məşğul idilər. Axı məhz həmin işğalçılıq siyasətinə görə Ermənistan beynəlxalq layihələrdən kənarda qalıb və bu gün də marginallaşmış, küncə qısılmış durumda olmaları da səhv yolda olmaları səbəbindəndir. Hayların hər dəfə qarşılaşdıqları fiasko məhz səhvlərinin məntiqi nəticəsi olaraq təzahür edib və heç olmasa gec də olsa bunu anlasalar, səhvləri, ambisiyaları, işğalçılıq meyillərini bir tərəfə qoyub, normal qonşuluq siyasəti aparsalar, o zaman hansısa ümid etmələrinə dəyərdi. Amma indi belə bir ümidin olmadığını öz gözləri ilə görürlər və qıcıqlanmaları da, kompleksə düşmələri də bu səbəbdəndir.
Hayların ağıllarına gələni etmələri hələ də səhv yolda olmalarının təzahürü və isbatıdır
Bəli, Azərbaycan eyni zamanda həm Ukrayna, həm də Rusiya ilə münasibətləri yaxşılaşdıra bildi, hansıki ən diqqətçəkən məqam elə budur. Həqiqətən də ölkəmiz Avropa İttifaqının mühüm müttəfiqinə çevrildi. Bir çox ölkələrlə daha yaxından əlaqələr qurduq. Müttəfiqlik etdiyimiz ölkələrin sayı da günü-gündən artmaqdadır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə böyük sürətlə artıq. Ölkəmiz dünyada söz sahibinə çevrilib. Rəsmi Bakı ilə hesablaşmaq məcburiyyətinin olması faktı dəfələrlə müşahidə olunub. Azərbaycanın artan imici də düşmənlərinin gözünü çıxarmaqdadır. Uğurlarımızdan qıcıqlanan bədnam qonşularımız bunu qəbul belə etmək istəmirlər. Qəbul etmək istəməmələri dərd yarı, onlar hələ də dərk edə bilmirlər ki, işğalçı ölkəni Azərbaycanla müqaisə belə etmək mümkün deyil, hansıki bunun da məlum səbəbləri var. Səbəb odur ki, daim inkişaf, tərəqqi uğrunda çalışan Azərbaycana heç zaman işğalçı Ermənistan tay ola bilməz. Heç zaman Azərbaycanın uğurlarını həzm etmək onlara, haylara asan olmayacaq. Ona görə ki, yanlış yolda olmaları, səhv addınlar atmalarının fonunda qarşılaşdıqları uğursuzluqların öz səhvləri olduğunu anlamamaqla, dərk etməməklə çətinlik çəkmələri buna imkan verməz.İndi erməni cəmiyyəti rəsmi İrəvanın bütün səhvlərini, ölkələrinin qarşılaşdığı fiaskonu qəbul etmək, “udmaq” məcburiyyətindədir. Dəfələrlə erməni baş nazir Nikol Paşinyan tənqid atəşinə tutulsa da, haylar da uydurduqları şəkildə onu türklərə, Türkiyəyə və Azərbaycana satqınlıq etməkdə ittiham etsələr də sonda səslərini böğmaq məcburiyyətində qaldılar. Hər şeyi yalnız hakim komandanın üzərinə atmağın özünün də bir səhv olduğu qənaətinə gəlmələri də bu baxımdan anlaşılandır. Ona görə anlaşılandır ki, küçə nümayişçisi olan Nikol Paşinyanı ermənilərin özlərinin hakimiyyətə gətirdiklərini elə özlərindən yaxşı bilən də yoxdur. Artıq erməni cəmiyyəti çox yaxşı bilir ki, ölkəsinin hakimiyyət komandasını məhz özləri hakimiyyətə gətiriblər. Yaxşı bilir, yaxşı başa düşür ki, əli sarıqlı, beli çantalı ABŞ layihəsi olan Paşinyana inanmaları özü də yanlışlıq və səhv olub. Ümumiyyətlə, erməni cəmiyyətinin səhvlərinin sayı-hesabı yoxdur. İndi də sülh gündəliyinə barmaqarası baxmaları, sülh deyil, regionda münaqişəni qızışdırmaq üçün ağıllarına gələni etmələri hələ də səhv yolda olmalarının təzahürü və isbatıdır. Hayların belə səhv addımları narahatlıq doğurduğu kimi, bundan sonra da doğurmalıdır. Buna Rezonans dedikdə daha doğru səslənir. Hayların səhv addımlarının nəticəsi olan fiasko da bu səhvlərdən qaynaqlanır.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər