Türk Hava Yolları (THY) 10 illik fasilədən sonra İstanbul-Benqazi reyslərini bərpa edib. SİA-nın məlumatına görə, THY-nin təyyarəsi səhər saatlarında İstanbul hava limanından Benqaziyə uçmaq üçün yola düşüb.
Təyyarədəki sərnişinlər 2,5 saatlıq yoldan sonra Benqazidəki Benina Beynəlxalq Hava Limanına enib və gül-çiçəklə qarşılanıblar.
Hava limanında təşkil edilən mərasimdə çıxış edən THY-nin baş direktoru Bilal Ekşi THY-nin 6 qitədə 131 ölkə və 352 istiqamətlə ən çox ölkəyə və beynəlxalq nöqtələrə uçuş təşkil edən hava yolu şirkəti olduğunu bildirib.
"Həftədə 5 dəfə həyata keçirdiyimiz Tripoli reysləri ilə Liviyaya həftəlik uçuşlarımızı 8-ə çatdırdıq. Qarşıdan gələn dövrdə həm tezlik saylarımızı, həm də uçduğumuz istiqamətlərin sayını artıracağıq. Ümid edirəm ki, başladığımız uçuşlar Benqaziyə, bölgə xalqına və ölkələrimiz arasındakı əlaqələrə töhfə verəcək və faydalı olacaq", -deyə B.Ekşi vurğulayıb.
Bildirilib ki, reyslər həftənin üç günü, çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...